1,35 milyard ödədik, təyyarəni vermirlər – Ərdoğan

Pulunu ödədiyimiz təyyarələr (F-35) bizə təhvil verilmir.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“1 milyard 350 milyon dollar ödəniş etdik. Pilotlarımızın təlimi sona çatdırılır. Bəs, biz nə edəcəyik? Biz əziz türk millətinin övladıyıq. Nə lazımdırsa, onu da edəcəyik. Rusiyada sərgidə iştirak etdik, narahat oldular. Əlbəttə, gedəcəyik. Harada nə varsa, axtaracağıq. Təyyarə də, helikopter də… Heç kimin Türkiyəni küncə sıxmaq haqqına sahib olmadığını ifadə etmək istəyirik. Türkiyəni 3-cü dünya ölkələri ilə eyniləşdirənlərin yanıldıqlarını sübut etmək boynumuzun borcudur”, – deyə dövlət başçısı bildirib.

Kamran Ə.

152 baxılıb
mersin escort