Anar müəllimdən həmişə diqqət, qaygı görmüşəm – Fərqanə Mehdiyeva

Tanınmış şair, “Ulduz” jurnalının poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyeva səhhətində yaşanan problemlrlə bağlı bir vaxtlar əməliyyat olunduğu Cənubi Azərbaycanda olub, Təbriz şəhərində yenudən həkim müayinəsindən keçib. Bu günlərdə  Vətənə qayıdıb.
Müstəqil.Az sevimli şairimizlə görüşüb, söhbət edib:
Fərqanə, artıq Vətəndəsən. Səhhətin indi necədir?
-Hər iki tərəf mənimçün Vətəndir. Dəyəyli qələm sahibi Zemfira Məhərrəmli 525 -ci qəzetdə mənim orda necə sevilməyim haqqda geniş yazmışdı.
-Təbrizdə millətimizin sevimli şairinə, sənə münasibət çox yaxşıdır, bilirik. Bəs müalicələrinlə bağlı nə deyə bilərsən?
-Nə deyim,  Faiq…Müalicəm, əməliyyatdan sonra 7 il idi ki yaxşıydı. Qəfil böyrəklərimdə yaranna proses halımı agırlaşdırdı. Üstəlik sümükdə metatsaz məsəsələsi.
Gözəl şair bəstəkar Şahin Musaoglunun mənə qoydudu diaqnoz Təbrizdə də harayıma çatdı. Diaqnoz tam doğru idi.
Təbrizdə xəstəxanada qalmaq, müalicə olunmaq çox baha oldugundan Bakıya döndüm.
Cavadzadə adına Böyrək xəstəxasında Professor  Fariz Məmmədov tərəfindən hələ də müalicə alıram.
– Halın bir az pisləşdiyinə görə qələm dostların AYB sədri, hörmətli Anar müəllimə müraciət etdi.
– Vəziyyəyim çox çətin idi. İlk öncə “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, xalq şairi, sevimli şairimiz Fikrət Qoca,  AYB sədrinin müşaviri Rauf Aslanov hörmətli Anar müəllimə müraciət etmişdilər. Əlbəttə çoxsaylı dostlar da Anar müəllimə müraciət etdilər. Sağ olsunlar. Anar müəllimin cavavbı da mətbuatda işıqlandı. Hər biriniz sağ olun.
Çox sağ olsun Anar müəllim, çox hörmətlə qarşılamışdı bu müraciətləri.
Faiq, sən bilirsən, mən Anar müəllimdən həmişə diqqət, qaygı görmüşəm. Anar tarixdir. İllər ərzində də qayğısını məndən heç vaxt əsirgəməyib. Tanrı onu qorusun! Amin!
– Yaxşı, de görüm, yeni şeirlərini Müstəqil.Az-a nə vaxt yollayırsan?
Faiq, şeirlərim var. Amma əllərim qələm tutmur… Müalicəm davam edir. Saglıq olsun.
Qulluğumda duran çoxdu. Amma Şeirlərim tökülüb qalıb. Onları  özüm sahmana salam gərək…
Söhbətləşdi: Faiq BALABƏYLİ
Share: