Azərbaycan Milli Hərəkatının lideri Seyid Cəfər Pişəvəri…

Bu gün Güney Azərbaycan Milli Hərəkatının lideri Seyid Cəfər Pişəvərinin doğum günüdür. 
O, 26 avqust 1892-ci ildə Xalxal mahalının Zeyvə kəndində anadan olub.
12 dekabr 1945-ci ildə başlanan 21 Azər hərəkatının lideri olub və Güney Azərbaycan öz istiqlalını əldə etdikdən sonra Güney Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin baş naziri təyin edilib.

Müstəqil.Az tarixi mənbələrə əsaslanaraq bildirir ki, Sovet İttifaqı sol təmayüllü Pişəvəri hökumətinə dəstək vəd etsə də, bunu etməyib.

II Dünya müharibəsinin başa çatması ilə Sovet qoşunları Cənubi Azərbaycanı (İranı) tərk etdikdən sonra İran şah rejimi “21 Azər” hərəkatını qan içində boğub və Güney Azərbaycan Milli Hökuməti devrilib. 


Sovet Azərbaycanına mühacirət edən Pişəvəri 1947-cı il iyunun 12-də Yevlax yaxınlığında avtomobil qəzasına salınıb və müəmmalı şəkildə həyatını itirib.
Hazırda onun məzarı Fəxri Xiyabanındadır.

Müstəqil.A

Share: