ABŞ-ın Plattsburq şəhərindən olan evli cütlük ov zamanı iki ağzı olan balıq tutub.

“Daily Mail” xəbər verir ki, ər-arvad balığı Şampleyn gölündə ovlayıblar.

Adam və Debbi Gedes cütlüyünün tutduğu balıq isə alabalıqdır. Onlar alabalıqla bir neçə şəkil çəkdirdikdən sonra balığıı gölə buraxıblar.

Bildirilir ki, alabalığın iki ağzının olmasına, yəni mutasiyaya məruz qalmasına gölün çirklənməsi, yaxud daha əvvəl digər balıqçı tərəfindən aldığı travma səbəb ola bilər. (oxu.az)

91 baxılıb