Şimal boğazını üzüb keçən ən yaşlı kişi və ilk müsəlman-58 yaşlı türk…-FOTOLAR+VİDEO

Türkiyəli tanınmış üzgüçü Kamil Alsaran üzgüçülər üçün ən çətin 7 marşrutdan biri kimi tanınan, Böyük Britaniya ilə İrlandiyanı ayıran Şimal boğazını üzərək keçən ilk müsəlman və ən yaşlı insan olub.
Moderator.az-ın “ En son xeber” portalına istinadla verdiyi xəbərdə deyilir ki, 58 yaşlı bu dözümlü və iradəli müsəlman kişinin 35 km-lik məsafəni üzüb başa vurması 13 saat 55 dəqiqə çəkib.
K.Alsaran qeyd edib ki, marşrut onun üçün asan olmayıb. Suyun temperaturu 12 -14 dərəcə arasında dəyişib, ölümcül meduza və digər dəniz sakinləri arasında üzüb.
“35 kilometrlik məsafəni üzüncə, ən azı, 200-300 meduza gördüm” deyən Alsaran, əlindən gələni edərək onlara toxunmamağa çalışdığını bildirib.
Yaşlı müsəlman idmançının xanımı, oğlu və dostları yaxınlıqda üzən mühərrikli qayıqda onu müşayiət ediblər.
Xəbərdə xatırladılır ki, 2015-ci ildə Kamil Alsaran Fransa ilə İngiltərəni ayıran La-Manş boğazını da üzərək  keçib.
Sultan Laçın

Share: