Anardan yazıçıların müraciətinə müsbət reaksiya

“Sevilən şair Fərqanə Mehdiyeva həmişə diqqət mərkəzində olub və YENƏ DƏ OLACAQDIR.”
Bu günlərdə AYB-nin sədri, xalq yazıçısı Anar ağır vəziyyətdə xəstə yatan “Ulduz” jurnalının poeziya şöbəsinin müdiri, görkəmli şair Fərqanə Mehdiyevanın səhhəti ilə bağlı Yazıçılar birliyində görüş keçirib.
Bu haqda Müstəqil.Az-a AYB-dən məlumat verilib.
AYB sədrinin 1-ci müavini, xalq şairi Fikrət Qoca, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və Anar müəllimin müşaviri  Rauf Aslanov bir qrup yazıçı ilə  Fərqanə Mehdiyevanın hazırkı durumunu, onunla bağlı atılacaq addımları müzakirə ediblər.
Müzakirə zamanı Anar müəllim  bildirib ki, uzun illər davamlı müalicə alan xalqın sevilən şairi Fərqanə Mehdiyeva həmişə onun diqqət mərkəzində olub və bundan sonra da olacaqdır.
O, daha sonra qeyd edib ki, Fərqanə xanımın sağalması üçün əlindən gələn köməkliyi bundan sonra da əsirgəməyəcəkdir.
Son olaraq oxucuların diqqətinə çatdırmaq istəyirik ki, Fərqanə xanım Mehdiyeva səhhətində yaranan ciddi problemlə bağlı yenidən Təbrizə üz tutmalı olub.

 

Müstəqil.az
Share: