Dünyada işçilər üçün ən yaxşı imkanlar yaradan ölkə olan Finlandiyada tarixi qərar qəbul edilib.

Müstəqil.az DHA-ya istinadən xəbər verir ki, qərara əsasən işçilər həftəlik 40 saatlıq iş müddətinin yarısını harada və nə vaxt işləyəcəklərini özləri seçə biləcəklər.

İşçilər işə məsuliyyətli yanaşacaqları təqdirdə uşaqları ilə maraqlana, idman zalına gedə və istirahət müddətlərini artıra biləcəklər.

Araşdırmalara əsasən, Finlandiyada işçilərə daha yaxşı iş şəraiti təklif edildiyi üçün məhsuldarlıq və keyfiyyət daha da artıb.

Beynəlxalq İş yeri Qrupunun 96 ölkədə 18 min işçi arasında apardığı sorğuda iştirak edənlərin 80 faizi iş qrafikinin sadələşdirilməsinin məhsuldarlığı artırdığını bildirib.

240 baxılıb