İranda təyyarə qəzası – 2 ölü+Video

İranın şimalındakı Səmnan əyalətinin Germsar şəhərində səhər saatlarında təlim təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Yerli vaxtla 09:00-da baş vermiş qəzanın Eflak Asyayi Eyvaneki hava limanının yaxınlığında baş verdiyi bildirilib.

Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib.


Share: