“Qalatasaray” “Roma”nın oyunçusuna görə hərəkətə keçdi

İstanbulun “Qalatasaray” futbol klubu heyətinə daha bir yeni futbolçu cəlb etmək istəyir.

Müstəqil.Az Azərtac-a istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Roma” komandasının yarımmüdafiəçisi Steven Nzonzini icarəyə götürmək üçün rəsmi danışıqlara başlayıb.

Qeyd edək ki, 2018-ci ildən “Roma”da oynayan fransalı futbolçu keçirdiyi 39 oyunda bir qol vurub və iki məhsuldar ötürmə verib.

Müstəqil.Az

Share: