London polisi iyulun 26-da bıçaqlı hücuma məruz qalan “Arsenal” klubunun türk əsilli oyunçusu Məsud Özil və Sid Kolaşinaçla bağlı qərar qəbul edib.

Müstəqil.Az xəbər verir ki, qərara əsasən, hər iki futbolçu 24 saat mühafizə altında olacaq.

“Sun” qəzetinin yazdığına görə, məhz bu səbəbdən hər iki futbolçu “Arsenal” rəhbərliyi tərəfindən “Nyukasl”la keçiriləcək səfər heyətinə çağırılmayıb.

Məlumatda qeyd olunub ki, polisin apardığı axtarış tədbirləri nəticəsində 2 türkiyəli də şübhəli şəxs qismində saxlanılıb.

Müstəqil.Az

281 baxılıb