Putin Rusiya müsəlmanlarını təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə Rusiya müsəlmanlarını təbrik edib.

Müstəqil.Az xəbər verir ki, Putin təbrikində müsəlman təşkilatların ölkədə millətlərarası və dinlərarası dialoqun qorunmasına verdiyi töhfəni qeyd edib.

“Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Sevindirici haldır ki, Rusiya müsəlmanları atalarının və babalarının zəngin mədəni və mənəvi irsini qoruyur və gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”, – Putin təbrikində bildirib.

Anar Ə.

Share: