Tunisli rəqqasə prezident olmaq qərarına gəldi – VİDEO

Tunisdə 21 yaşlı müğənni və göbək rəqsi ifaçısı olan Nərmin Sfar prezident seçkilərində namizəd olmaq qərarına gəlib.

Müstəqil.Az BAKU.WS-a istinadla xəbər verir ki, bu barədə Sfar özünün 294 min abunəçisi olan “Instagram” səhifəsində yazıb.

Rəqqasə seçkilərdə iştirak üçün lazım olan minimum saydan üç dəfə çox (35 min) seçicinin imzasını toplayıb.

O, bəyan edib ki, prezident seçiləcəyi təqdirdə çörəyin qiymətini endirəcək, qadınlara məcburi hicab geyinməklə bağlı qadağa qoyacaq, evlənmək vədi verib sözünün üstündə durmayan kişilərə qarşı cərimə tətbiq edəcək.

15 sentyabrda keçiriləcək prezident seçkilərində tunisli müğənni ilə birgə daha 55 namizəd mübarizə aparacaq.

BAKU.WS

VİDEO

55 baxılıb
Shares