Slovakiyanı vəba yenidən ağuşuna aldı…

Slovakiyanın şərqindəki Trebişov bölgəsində yenidən Afrika donuz vəbası qeydə alınıb.

Müstəqil.Az xəbər verir ki, bölgədə daha iki yoluxma halı təsdiqlənib.

İyulun sonunda xəstəliyin rəsmi olaraq təsbit edilməsindən sonra Slovakiyanın şərqində dörd yoluxma halı qeydə alınmışdı. İlk yoluxma halı Macarıstanla həmsərhəd olan Kosiç bölgəsində, sonrakı iki yoluxma isə ondan bir neçə kilometr məsafədə yerləşən Somotorda və Rad kəndində baş vermişdi.

Baytarlıq təhlükəsizlik tədbirlərinə görə, bu kəndlərdəki donuzlar istehlak prosesindən kənarlaşdırılaraq məhv edilməlidir.

Afrika donuz vəbası ev donuzları və qabanlar üçün təhlükə yaradan heyvan epidemiyasıdır. İnsan və digər heyvanlar üçün heç bir təhlükə törətməyən bu epidemiya son illərdə tədricən Asiya və Avropa ölkələrində yayılmaqdadır. Bu virusa yoluxmuş ərzaq məhsulları həmin heyvanlar arasında epidemiyanın yayılmasına səbəb ola bilər. Hazırda bu virusa qarşı birbaşa təsir gücünə malik peyvənd mövcud deyil.

Müstəqil.Az

Share: