“Oazis” restoranı sökülür

Bakının məşhur istirahət məkanlarından biri olan “Oazis” ailəvi restoranı bağlanır.

Axar.az-a daxil olan məlumata görə, 8-ci mikrorayon ərazisində, Şövkət Məmmədov küçəsində yerləşən restoranın yaxın günlərdə söküləcəyi bildirilir.

Mənbəmizin iddiasına görə, uzun illərdir fəaliyyət göstərən və Bakının məşhur ailəvi restoranlarından olan “Oazis”in yerində ticarət mərkəzi tikiləcək.

***

Yayılan məlumatlarla bağlı danışan “Oazis” restoranının əməkdaşı məlumatı qismən təsdiqləyib:

“Bu barədə rəhbərlikdən bizə dəqiq bir söz deyilməyib. Bağlanacağı və ya köçürüləcəyi ilə bağlı məlumatım yoxdur. Amma hazırda restoran öz işinə davam edir”.

Share: