Hakimiyyəti “İnstagram”da tənqid etdiyinə görə 46 dəqiqə üzrxahlıq edən yeniyetmənin görüntüləri

Çeçeninstanın “Qroznı” dövlət teleradio şirkəti hakimiyyəti “İnstagram”da tənqid etdiyinə görə 46 dəqiqə üzrxahlıq edən yeniyetmənin görüntülərini yayıb.

Müstəqil.az xəbər verir ki, “Ekstremistin şərhi və onun nəticələri” adlı süjetin “qəhrəman”ı 16 yaşlı Maqomed Axmatov olub.

Süjetdə yeniyetmə Çeçenistan hakimiyyətindən üzr istəyir, daha sonra ölkənin müftisi Salah Mejiyevin tənqidini dinləyir.

Həmçinin Maqomed Axmatovun dostu İbrahim Bersanov da çıxış edir və dostunun bir neçə gün evdən çıxmadığını deyib: “Bu, da artıq bir siqnal idi”.

Videomaterialda yeniyetmənin anası və dayısının da şərhləri öz əksini tapıb.


(baku.ws)

Share: