Ölən anasının soyuducusunda böyük bacısının cəsədini tapdı – İNANILMAZ + VİDEO

Müstəqil.az İsrail mətbuatına istinadən xəbər verir ki, Missuri ştatının Sent Luis sakini 37 yaşlı Adam Smit, yaxınlarda xərçəngdən vəfat etmiş anasının soyuducusunda donmuş körpə cəsədini aşkar edib. Smitin iddiasına görə, həmin cəsəd o doğulmamışdan əvvəl vəfat etmiş bacısına aiddir.
Bu barədə, o iyulun 30-da yerli kanalda məlumat verərkən deyib.
Adam Smit yerli televiziya kanalında bildirib ki, soyuducunun donma yerində təxminən 47 ildir qaldığından cəsədin dərisi və saçları yaxşı qorunmuş halda qalıb.
Mərhum ana Smitə deyirmiş ki, onun soyuducuda gördüyü çəhrayı lentə bağlanmış  qutuda guya toy tortunu saxlayır.
Polis bu hadisəni araşdırır.

Share: