Dünən İstanbul-Bakı reysində nasazlıq səbəbilə 10 saatlıq gecikmə olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı sərnişinlər sosial şəbəkədə paylaşıb. Bildirilib ki, Türkiyə Hava Yollarının saat 12:20-də həyata keçirəcəyi uçuş saat 22:20-yə təxirə salınıb. Sərnişinlərə ilkin səbəb kimi təyyarənin şüşəsinin qırıldığı bildirilib.

Qeyd edək ki, İstanbul Hava Limanın köçəri quşların trayektorasında olması tikildiyi zaman xeyli müzakirələrə səbəb olmuşdu. Belə ki, dünən İzmir-İstanbul reysi üzrə hərəkət edən təyyarə də quş sürüsü ilə toqquşub. Gecikmələr bir neçə reys üzrə müşahidə olunduğundan Bakı-İstanbul reysinin də quşlara görə təxirə salındığı iddia edilir.

87 baxılıb