Tovuzda hərbi xidmətini başa vurmuş gənclərin təntənəli qarşılanma mərasimi

Tovuzlu gənclərdən nümunəvi addım.
 
27.07.2019-cu il tarixdə Tovuz şəhəri Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmətini başa vurmuş gənclərin təntənəli qarşılanma mərasimi keçirilmişdir.
 
Mərasimdə rayon İcra Hakimiyyətinin Başçısı Məmməd Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Qəhrəmanların yaxınları və şəhid ailələrinin nümayəndələri, o cümlədən fəxri qonaq qismində Qarabağ qazisi Kamil Musavi iştirak etmişdir.
 
Ehtiyata buraxılmış gənclərə hərbi biletləri və xatirə hədiyyələri təqdim olunmuşdur.
 
Tədbirin sonunda Tovuzlu gənclər Silahlı Qüvvələrimizin günü gündən artan qüdrətindən və maddi texniki bazasının gücləndirilməsindən danışaraq müddətli həqiqi hərbi xidməti başa vurmalarına baxmayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səfərbərlik əmri ilə hər an yenidən hərbi xidmətə yollanmağa hazır olduqlarını bildirmiş və respublikada bir ilkə imza ataraq, öz sonuncu əsgər maaşlarının 50 % ni Silahlı Qüvvələrə yardım Fonduna bağışlamışlar.
 
Hər şey VƏTƏN üçün!!!
Müstəqil.Az
Share: