Tanınmış alim və yazıçı Sadıq Qarayevin Asan xidmətin könüllüləri, elm və ədəbiyyat nümayəndələrinin iştirakı ilə görüşü keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının aparıcı elmi işçisi, Azərbaycan Yazıçılar Birliyi və Rusiya Yazıçılar İttifaqının üzvü, “Qızıl kəlmə” mükafatı laureatı, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadıq Qarayevin iki iri həcmli “Sahilsiz Təzadlar “ və “Sahibsiz kolgələr” romanları ölkəmizin ədəbiyyatsevərləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Sahilsiz Təzadlar romanında,yaylaqda cərəyan edən hadisələrdə Əli, Nərmin, Memati kişi, Qaraş və Lala sürətləri ən sevdiyimiz insan surətləri oldu. İkinci hissə Moskvada cərəyan edir.Müəllif gəncliyində bir-birini çox sevən, lakin bir-birinə qovuşmayan Əli və Nərmini yenidən görüşdürür. Nərminin ən çətin vaxtlarında Əlinin öz ağlı, dərin təfəkkürü sayəsində ona hiylə quran mənfi ünsürlərin iç üzünü açması əsəri hər mənada daha oxunaqlı edir.
İkinci roman “Sahibsiz kölgələr” də mənasına və məzmununa görə çox maraqlıdır. Əsərdə 3 bacı – Şəms, Mərcan, Gülər və onlarla eyni adda olan rəfiqələr ətrafında cərəyan edən hadisələr insanların çətin və oxşar talelərini göstərir.Yazıçı ən maraqlı surətlərdən biri Çoban Zalovu peşəkar çekist kimi oxuculara təqdim edir.Və onun ətrafında Süleyman, Fəridə,Tusi kimi obrazlar da əsərin qəhrəmanlarından hesab olunur. Müəllif hər iki romanında riyaziyyat, fizika, biologiya kimi elmlərdən istifadə edib, nümunə göstərdiyi terminlərlə əsərin dəyərini və sanbalını daha da artırmışdır.
“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və “Asan Xidmət” Könüllülərinin birgə iştirakı ilə tanınmış alim və yazıçı Sadıq Qarayevlə keçirilən görüş bu qəbildən çox qiymətlidir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin II Tədris Korpusunda təşkil olunan mərasimi “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Kütləvi Tədbirlər Departamentinin rəhbəri, istedadlı müğənni və aparıcı İslam Ələsgərli açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı, jurnalist Şamil Sabiroğlu Sadıq Qarayevin mənalı ömür yolundan danışdı. Şamil müəllim tədbirin keçirilməsinə müəyyən dəstək göstərən ADPU-nun rektoru, Prof. Cəfər Cəfərov və “Asan Könüllülər Təşkilatı” ictimai birliyinin rəhbərliyinə xüsusi təşəkkür etdi. Şamil Sabiroğlu bildirdi ki, istedadlı alim həm də iyulun 5-də öz doğum gününü qeyd edir.
Daha sonra Sadıq müəllimin ömür yolu barədə hazırlanan videoçarx nümayiş olundu. Azərbaycan MEA Ədəbiyyat İnstitutunun məsul əməkdaşı, filologiya elmləri doktoru Mərziyə Nəcəfova, Mərkəzi Nəbatat Bağının məsul əməkdaşı Asif Mehralıyev, “Asan Könüllülər Təşkilatı” ictimai birliyinin Könüllülərlə iş Departamentinin əməkdaşı Orxan Qarayev, Respublika Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Zeynəddin Şabanov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri-şair Oqtay Rza, şair Ramiz Qusarçaylı, şair Elli Atayurd, şairə Nəcibə İlkin, şair-publisist Zaur Ustac və başqaları Sadıq Qarayevin Azərbaycan ədəbiyyatı tarixinə verdiyi mühüm töhfədən danışdılar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin əməkdaşı, şairə və bədii qiraət ustası xanım Aynur Qafarlı, şair Ramiz Qusarçaylı doğma yurdumuza həsr edilən şeirlər söylədilər. Tanınmış müğənnilər-Zəka Vilayətoğlu və İslam Ələsgərli Vətənə, Torpağa və Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevə həsr olunan mahnıları səsləndirdilər.
Sadıq Qarayev oxucuların suallarını cavablandırdı. Tədbirdə iştirak edən “Asan Xidmət” könüllülərindən Leyla Axundzadə, Sevinc Mərdanova, Süsən Hümbətova, Aytac Quliyeva, Zeynəb Rəcəbova, Esmira Niyazova, Fatimə Zülfüqarlı,Elmar Məmmədov, Nərmin Abdullayeva, Hüseyn Savalanlı, Lətif Kərimli və başqalarına təşəkkür edirik.

 

Müstəqil.Az

124 baxılıb