Gənc jurnalist Vahid Fəxri SpaceTv-də büro rəhbəri vəzifəsinə təyin edilib.

Fəxrəddinov Fəxri Tərlan oğlu 1994-cü ilin 30 aprelində Saatlı rayonunun Sarıcalar kəndində dünyaya gəlib. 2011-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına yiyələnib.

2015-ci ildə ali təhsilini başa vuraraq hərbi xidmət keçmək üçün ön cəbhəyə yollanır, ağır “Aprel döyüşləri”nin canlı şahidi olur. 2016-cı ildə hərbi xidmətini bitirərək yaşadığı rayonu- Saatlıya üz tutur. Hələ orta məktəbdə oxuyarkən dəfələrlə fənn olimpiadalarında və xarici dil yarışmalarında rayon birinciliyi qazanır. Sahib olduğu müsbət keyfiyyətlər, dünyagörüşü, idarəçilik qabiliyyəti Vahidi hələ tələbəliyinin ilk günlərindən iş həyatına geniş imkanlar yaradır. 2011-ci ildən etibarən V. Fəxrəddinov bir sıra televiziya, qəzet və digər media qurumlarında müxbir vəzifəsində çalışıb.

Mətbu orqanlarda 350-dən çox elmi, publisistik, ictimai məqalələri işıq üzü görüb. Yüzlərlə şeir və hekayə müəllifidir. 3 kitab redaktorudur. Bölgələrin və ölkəmizin mədəni, elmi, ictimai həyatındakı uğurlu fəaliyyətinə görə 30-dan çox diplom və fəxri – fərmanla təltif olunub. Bir müddət pedaqoji sahədə də çalışmış, bir sıra özəl tədris mərkəzlərinə rəhbərlik etmişdir.

 

Davud Tarverdiyev.

Müstəqil.Az

331 baxılıb