Azərbaycanın rayonları ağ örpəyə büründü – VİDEO

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında bir neçə gündür qeyri-sabit hava şəraiti davam edir. Havanın tempraturu xeyli aşağı düşüb.

Müstəqil.Az Azərtac-a istinadla xəbər verir ki, Qax rayonunun dağlıq ərazisində yerləşən İlisu kəndində hazırda qarın qalınlığı 20-25 santimetr təşkil edir. Yağan qar sakinlər üçün heç bir problem yaratmayıb. Kəndin elektrik enerjisi və təbii qazla təchizatı normal qaydada davam edir.

Avtomobil Yolları Dövlət Agentliyinin 13 nömrəli “Yol İstismar” MMC tərəfindən görülmüş tədbirlər nəticəsində Qax-İlisu avtomobil yolunda, eləcə də kənddaxili yollarda nəqliyyatın hərəkətində heç bir çətinlik yaranmayıb. Yollara duz və qum qarışığı səpilib.

Hazırda rayonun dağlıq ərazilərinə qar yağmaqda davam edir.


Share: