Kərbəla yolunda qəza: Ölən və yaralılar var

İraqın Babil əyalətinin Əl-Hillə şəhərində iranlı zəvvarları daşıyan mikroavtobus qəzaya uğrayıb.

 

Müstəqil.Az xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 14 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Hadisə iranlı zəvvarlar İmam Hüseynin şəhadətinin 40-cı gününü qeyd etmək üçün Kərbəla şəhərinə gedərkən baş verib.

 

Qəzada ölən və yaralanan zəvvarların hamısı İranın Yəzd əyalətinin sakinləridir.

Müstəqil.Az


Share: