Abel Məhərrəmovu kim əvəz edir? – Açıqlama

BDU-nun dünən işdən azad edilən rektoru Abel Məhərrəmovu professor Əmrah Dadaşovun əvəz etməsi barədə yayılan məlumat əsassızdır.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında BDU mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova deyib. Onun sözlərinə görə, hazırda BDU-ya rektor əvəzi təyin olunmayıb.

Qeyd edək ki, professor Əmrah Dadaşovun BDU-nun rektor əvəzi təyin edildiyi xəbərini Minval.info tirajlayıb. Hazırda birinci prorektor da daxil olmaqla, 5 prorektordan heç birinin bu funksiyanı yerinə yetirməməsi isə prorektorların ötən gün rektorla birgə vəzifədən alınması haqda yayılan məlumatın səhihliyini gücləndirib.

Universitetin mətbuat xidməti prorektorla bağlı məlumatı şərh etməyib.

Billurə YUNUS

Share: