Putinə içində zəhər olan məktub göndərildi

Pentaqon və Ağ evə zəhərli məktublar göndərən şəxs daha bir məktubu Rusiya prezidenti Vladimir Putinə ünvanladığını bildirib.
ABŞ Hərbi-Dəniz Qüvvələrinin veteranı Uilyam Klayd Allen bunu məhkəmədə dindirmə zamanı deyib.
O, ABŞ baş prokuroru Ceff Seşns və Böyük Britaniya kraliçası II Yelizavetaya içində zəhərli maddə sayılan ritsinin olduğu məktublar göndərdiyini etiraf edib.
Bununla belə Uilyam Klayd Allen sözügedən şəxslərin diqqətinə bu məktublarla nəyi çatdırmaq istədiyini açıqlamayıb. (oxu.az)
Share:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir