AST Telman iki qətlin təşkilatçısıdır? – HƏBS

Moskva məhkəməsi məşhur azərbaycanlı iş adamı Telman İsmayılov barəsində qiyabi olaraq həbs qərarı çıxarıb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə məlumatı “İnterfaks” agentliyi İsmayılovun vəkilinə istinadən yayıb. Məlumata görə, biznesmen iki qətlin təşkilində ittiham olunaraq həbsə məhkum edilib.

Qeyd edək ki, İsmayılov Çerkizov bazarının keçmiş sahibidir.

***

Telman İsmayılovun həbsi ilə bağlı qanunsuz qərar oktyabrın 30-da verilib.

Bu barədə İsmayılovun vəkili Marina Rusakova danışıb. Xanım vəkilin sözlərinə görə, nə ona, nə də Telman İsmayılova ittiham irəli sürülməsi və məhkəmə iclası barədə xəbərdarlıq edilib.

“O, Rusiya vətəndaşıdır və qanuna görə hərəkət edəcəklərini gözləmək olardı. İstintaq ona xəbərdarlıq göndərməli idi”, – vəkil deyib.

Vəkil İsmayılovun Rusiyada olmadığını və beynəlxalq axtarışa verildiyini qeyd edib.

Qeyd edək ki, Telman İsmayılov barəsində irəli sürülən ittihamlarla razılaşmayıb və artıq apelyasiya şikayəti verib. Məhkəmə şikayətə noyabrın 15-də baxacaq.
Orxan, Ülkər

Share: