Amerikalı qız öz anası ilə evləndi…9 il öncə də oğlu ilə evlənibmiş -“Demokratiya beşiyi”ndə rəzalətin zirvəsi…

ABŞ-ın Oklahoma ştatında  Amerikasayağı “azadlıq” düşüncəsi, liberal  həyat tərzinin məhsulu olan növbəti biabırçı olay baş verib.
 
Müstəqil.Az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə deyilir ki, Dunkan şəhərindən olan 26 yaşlı ingilis qız Misti Spen öz anası ilə evlənib. Ana-balanın abırsızlığı o həddə çatıb ki, öz nigahlarını  toy ilə qeyd ediblər.  Yaxşı ki, ştat qanunlarını pozduğu üçün Spenə 10 il həbs cəzası verilib…
“Tulsa World” nəşrinin yazdığına görə,  Misti Spenin doğma, bioloji anası valideyn hüquqlarından məhrum edildiyindən o, nənəsinin himayəsində böyüyüb. Lakin 2014-cü ildə  qız anası – Patrişia Spenlə  tapışıb. Ana və qız arasındakı münasibətlər sevgiyə(?) çevrilib.
Və iki il sonra onlar öz məhəbbətlərini(?) nikah yolu ilə möhkəmləndirmək  qərarına gəliblər. Patrişia hesab edib ki,  onların nigahı heç bir qanunu pozmur: onun adı qızının doğum sənədindən çıxarılıb.
Xəbərdə deyilir ki, qızı ilə evlənmiş Patrişianın artıq belə rəzil nikah təcrübəsi olub. O, 2008-ci ildə öz doğma oğlu ilə də evlənib. Lakin nədənsə 15 aydan sonra ana-oğul boşanıblar…
 
P.S. Belə xəbərləri yazırıq ki, bəlkə Amerika və Avropadan gələn bu cür qeyri-insani dəyərləri “müasirlik” kimi qəbul edənlər Azərbaycanın, türklərin, müsəlmanların milli-mənəvi dəyərlərinin nə dərəcədə ali olduğunu və onları da torpaqlarımız, dövlətçiliyimiz kimi qanımız-canımız bahasına olsa da, qorumalı olduğumuzu dərk edələr…
Müstəqil.Az

Share: