Azərbaycanlı cərrahdan şok iddia – Bu qida xərçəngi tam sağaldır

Azərbaycanlı həkim-cərrah Rəşad Cəfərov şok iddia ilə çıxış edib.
Müstəqil.az Medicina.az-a istinadən bildirir ki, həkim sosial şəbəkədə bildirib ki, xərçəng xəstəliyi böyük dərman şirkətləri pul qazansın deyə sağaldılmır və bu xəstəliyi sağaldan təbii qidalar açıq şəkildə deyilmir.
R. Cəfərov dondurulmuş limonun xərçəngi tam sağaltdığını deyib və bəzi məsləhətlər verib.
Həkimin qeyd etdiyi həmin üsulu oxucularımıza təqdim edirik:
Dondurulmuş limonun ağılasığmaz faydaları
Limonu (yuyub) soyuducunun buzluq hissəsinə qoyursunuz. Donduqdan sonra mətbəx rəndəsini götürüb limonun hamısını rəndələyə bilərsiniz. Qabığını soymaq lazım deyil. Rəndələnmiş limonu yeməklərinizin üzərinə səpə bilər, tərəvəz salatına, dondurmaya, şorbaya, makarona, makaron sousuna, suşiyə, balıq yeməklərinə qata bilərsiniz.
Cərrah bildirir ki, yeməklərin hamısı, daha əvvəl heç dadmadığınız mükəmməl bir ləzzət qazanacaq.
“Böyük ehtimalla, limon deyilincə yalnız limon suyu və vitamin C ağılınıza gəlir. Yalnız bu qədər olduğunu düşünürsünüz. Artıq limonun sirrlərini öyrənincə onu içkinizə, hazır şorbalarınıza belə qatacaqsınız”, – deyə R. Cəfərov vurğulayıb.

Share: