Rusiyada An-2 yerə çırpıldı: yanğın – Video

Rusiyanın Amur bölgəsində An-2 təyyarəsi qəzaya uğrayıb.

Müstəqil.Az  xəbər verir ki, bu barədə RİA informasiya yayıb.

“Xüsusi aviaşirkətə məxsus olan An-2 təyyarəsinin kabinəsində 2 pilot olub. Təyyarə Ekimçan-Udsko Xabarovsk marşrutu ilə hərəkət edib. Uçuş zolağndan 600 metr uzaqlaşmamış mühərrik dayanıb. Sərt eniş etməsi səbəbi ilə təyyarədə yanğın baş verib”, – məlumatda deyilir.

Hazırda hadisə yerinə yanğınsöndürmə xidmətinin əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub. Amur Tədqiqat komitəsi faktla bağlı araşdırmalara başlayıb.

Müstəqil.Az

Share: