Texas faciəsinin səbəbi nədir?

Bazar ertəsi hakimiyyət orqanları elan ediblər ki Evin Kelli ad-soyadlı cinayətkar kütləvi qətlləri məhz onun arvad tərəfdən qohumlarının getdiyi kilsədə törədib.

Müstəqil.Az xəbər verir ki, hüquq mühafizə orqanlarının bəyanatından məlum olub ki, bir neçə il bundan əvvəl öz arvadını və uşağını döydüyünə görə ABŞ Hərbi Hava Qüvvələrində xidmətdən qovulan Kelli hüquq və imtiyazlardan məhrum edilib.

Qeyd edək ki, silahlı hücum nəticəsində 26 nəfər ölüb, 20 şəxs yaralanıb. D.Kellinin də öldüyü bildirilir, ancaq onun atışma zamanı zərərsizləşdirildiyi, yaxud intihar etdiyi bəlli deyil.

Müstəqil.Az 

Share: