Rusiya Suriya kifayət qədər əsgər saxlayacaq -Viktor Bondarev

Suriyada ölkənin rejimini və xalqın təhlükəsizliyini təmin etməyə yetəcək qədər əsgər saxlamağa davam edəcəyik.

 

Müstəqil. AAxar.az -a istinad edərək xəbər verir ki, bu açıqlama ilə Rusiya Federasiya Şurası Müdafiə Komitəsinin sədri Viktor Bondarev çıxış edib.

 

“Hazırda Suriya torpaqlarının təxminən 95 faizi İŞİD terrorçularından təmizlənib. 2 il əvvəl Suriyadakı əməliyyatlara da tam olaraq bu məqsədlə başlamışdıq. Sülh yaratmaq missiyasının məntiqi bizə Suriyada əməliyyatları tamamlamağa, ölkədə nizam-intizamı və xalqın təhlükəsizliyini təmin etməyə yetəcək qədər əsgər saxlamağa diktə edir”, – Bondarev qeyd edib.
Pərviz Həsənov

Share: