Azərbaycanda universitet adını dəyişdi

1991-ci ildə əsası qoyulmuş Qərb Universiteti adını dəyişib.

Universitet bundan sonra Qərbi Kaspi Universiteti adlanacaq.

Artıq universitetin rəsmi sosial şəbəkə hesablarında və xəbərlərində universitet yeni adı ilə hallanır.

Ancaq maraqlıdır ki, bu dəyişiklik haqda universitetin rəsmi saytında heç bir məlumat yoxdur.

Bu dəyişikliyin hansı zərurətdən doğduğu haqda məlumat yoxdur.

Qeyd edək ki, Qərb universiteti mediada ən çox tənqid olunan universitetlərdəndir.

Share: