Akif Çovdarova hökm oxundu

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə hökmün elanı başlanılıb.

 

Müstəqil.Az  xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi kollegiya zala gəlib və hökmün nəticəvi hissəsinin elan edəcəklər.

 

Hökm Sabunçu rayon Məhkəməsinin inzibati binasında elan edilir. Məhkəmənin inzibati binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Məhkəmənin binasına girən şəxslər ciddi yoxlanılır.

 

Prosesə jurnalistlər buraxılmayıb. Təqdirləndirilən şəxslərin vəkilləri məhkəmə zalına keçiblər.

***

Məhkəmənin hökmü ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov 12 il, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov 11 il, sabiq idarə rəisi, mayor Akif Əliyev 5 il cəza alıb.

Müstəqil.Az

203 baxılıb
mersin escort