Kosmosa gündəlik turist uçuşları olacaq…

Britaniyalı milyarder Riçard Brenson kosmosa hər gün baş tutacaq uçuşlar həyata keçirməyi planlaşdırır.

 

İKT.lent.az-ın Actualnews.org saytına istinadən məlumatına görə, uçuşların müddəti 1015 dəqiqə çəkəcək, onun qiyməti isə təxminən 250 min dollar təşkil edəcək.

 

Riçard Brensonun sahibi olduğu “Virgin Galactic” şirkəti gündəlik kosmik uçuşlar təşkil edəcək. Hazırkı mərhələdə belə uçuşları həyata keçirəcək kosmik cihazların tərtibatı aparılır.

 

“Virgin Galactic” kosmik turizm layihəsinin inkişafının həyata keçirilməsi ilə məşğul olan yeganə şirkət deyil. 

Müstəqil.az

Share: