“Bu, İranın Ərəbistana müharibə çağırışıdır”

Yəməndən Ər-Riyada raket buraxılışı İran tərəfindən Səudiyyə Ərəbistanına qarşı aqressiya aktıdır.

Müstəqil.Az xəbər verir ki, bu barədə bəyanatı Səudiyyə Ərəbistanının husilərə qarşı rəhbərlik etdiyi ərəb koalisiyası yayıb. Bəyanatda Səudiyyə Ərəbistanının İrana cavab vermək və özünü müdafiə etmək haqqının olduğu vurğulanıb:

“Koalisiyanın komandanlığı hesab edir ki, raket buraxılışı İran rejimi tərəfindən həyata keçirilən hərbi aqressiyadır və gələcəkdə Səudiyyə Ərəbistanına qarşı müharibə aktı nəzərdən keçirilə bilər. Bu, həmçinin, BMT nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Krallığa öz ərazisi və xalqını müdafiə etmək haqqı verir. Krallıq İrana lazım olacağı halda beynəlxalq hüquqa əsaslanaraq cavab verəcək”.

Qeyd edək ki, bundan öncə husilər Ər-Riyada raket zərbəsi endirmək istəyib. Onların buraxdığı raket Səudiyyə Ərəbistanı tərəfindən məhv edilib. Bundan sonra Ər-Riyad İranın dəstəklədiyi husi liderlərinin başı üçün milyonlarla dollarlıq mükafat təyin edib.

İlkin Həsənov, Büllurə Yunus

Share: