Dünən, 17.07.2026 -cı il tarixində Beynəlxalq Muğam Mərkəzində yaddaşlara həkk olunan möhtəşəm bir tədbirin şahidi olduq. Özbəkistandan təşrif buyurmuş Azərbaycan Mədəniyyət Mərkəzinin ‘“Xarıbülbül” teatr truppasının şıxışı yüksək peşəkarlığə, milli ruhu və səhnə mədəniyyəti ilə hər kəsin könlünü fəht etdi. Mədəniyyət Mərkəzinin rəhbəri hörmətli Akif Maariflinin qeyd etdiyi kimi, bu gözəl görüş uzun müddət yaddaşlarımızda yaşayacaq.
Tədbir boyu zalda yaranan ab-havanı sözlə ifadə etmək çətindir. Xüsusilə özbək gənclərinin tamaşaçıları dəfələrlə ayağa qaldırdı.Alqışların ardı-arası kəsilmir,hər nömrə əvvəlkindən daha böyük coşquyla qarşılanırdı. O anlarda hiss olunurdu ki,səhnədə təkcə sənət nümüyiş olunmur,ürəklər bir-birinə qovuşur,qardaş xalqların sevgisi musiqini ,rəqsin və sözün dili ilə ifadə olunur.Gənc muğam ifaçılarımızın çıxışı da tədbirə xüsusi rəng qatdı. Onların ifasında Azərbaycan muğamının əzəməti,zənginliyi və mənəvi gücü bir daha öz təsdiqini tapdı. Maşallah, zalı bürüyən alqış və sevinc sədaları sanki qardaş Özbəkistana qədər uzanırdı.
Belə görüşlərn əhəmiyyəti olduqca böyükdür.Siyasi diplomatiya dövlətlər arasında münasibətlərin qurulmasına xidmət edirsə ,mədəniyyət diplomatiyası xalqlar arasında könül körpüləri salır. Tarix və ədəbiyyat dəfələrlə sübut edib ki, məhz mədəniyyət insanların qəlbində daha dərin iz buraxır,dostluğu daha möhkəm edir və zamanın sınağından daha etibarlı keçir.Musiqi,rəqs və sənət dilləri tərcüməyə ehtiyac duymur -onlar birbaşa ürəklərə yol tapır.
Tədbir dövlət və ictimaiyyət nümayəndələrinin də iştirakı ilə daha da əlamətdar oldu. Gecədə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət xanım Yusifova ,eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin Özbəkistan və Türkmənistan istiqaməti üzrə kuratoru Elmira xanım Hacıyeva iştirak edirdilər. Onların tədbirə qatılması Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin və qardaşlıq münasibətlərinin inkşafına verilən önəmin bariz nümunəsi idi.
P.S. Dünənki tədbiri izləyərkən bir il öncə yaşadığım unudulmaz anlar gözümün önündə canlandı. 2025-ci ilin sentyabrında hörmətli Akif Maariflinin dəvəti ilə Özbəkistandakı Azırbaycan Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş möhtəşəm tədbirdə iştirak etmişdim. Həmin gün də gənc sənətçilər böyük bəstəkarımızın ‘’Arşln mal alan’’ operattasında parçaları özbək dilində elə ustalıqla ifa edirdilər ki, heyrətimi gizlədə bilmirdim. Düşünürdüm : cəmi 17-20 yaşlı gənclər Azərbaycan klassikasını bu qədər sevgi və məsuliyyətlə yaşadırlar. Bu sadəcə tamaşa deyildi, mədəniyyətə ,tarixə və qardaş xalqa böyük ehtiramın ifadəsi idi. Bəzən bir tamaşa,bir mahnı,bir muğam,bir rəqs illərlə qurulan rəsmi münasibətlərdən daha çox iş görür. Çünki siyasət dövlətləri yaxınlaşdırır,mədəniyyət isə ürəkləri.Ürəklər birləşəndə isə dostluq daha möhkəm,daha uzunömürlü olur.

Bakı. Jalə Cəfərova. Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru






















