Ciddiyyətin Altay Göyüşova dəxli yoxdur – Orxan SAFFARİ yazdı

Ciddiyyətin Altay Göyüşova dəxli yoxdur – Orxan SAFFARİ yazdı

Prinsipcə, dünyanın bütün ölkələrində hakim qüvvəyə qarşı çıxan insanlar kimliyindən asılı olmayaraq sevilir, rəğbət görür. Hətta o adamlar özləri qarşı çıxdıqları hakimiyyətdən pis, ədalətsiz olsalar belə, əksərən insanların gözünə mələk kimi görünürlər. Ancaq vay o günə ki, həm mövcud hakimiyyətə müxalif olasan, həm də sevilməyəsən, insanlar mübarizəni nəzərə almasın, ən yaxşı halda səni qeyri-səmimi hesab etsinlər.

Belə adamlardan biri də mövcudluğu ilə mənəvi olaraq Herodata təhqir hesab edilən Altay Göyüşovdur. Dərinə gedəndə, Altay dağları da zirvəsindən, ətəyindən ona görə utanır. Hesab edirəm ki, Altay Göyüşov xüsusilə müasir Azərbaycan tarixinə bir ləkədir. Bu mənada, onu tarix yox, “Qrant elmləri namizədi” adlandırmaq daha yaxşı olar.
Əslində, İkinci Qarabağ müharibəsinə qədər Altay Göyüşov birtəhər maskalana bilmişdi. Yəni məsələn, mühacirətə gedəndə hakimiyyətə döşəyir, Azərbaycana qayıtmaq lazım gələndə isə nisbətən sakitləşir, hətta digər müxaliflərə döşəyərək özünü loyal göstərirdi. Sonra da vəziyyətdən birtəhər çıxırdı. Ancaq elə ki, müharibə başladı, Azərbaycan tarix yazdı, bax o tarixdə Altay Göyüşövun bir damcı da yeri olmadı.
Müharibə dönəmində, az qala, Altay Göyüşov Qarabağın Azərbaycanın tarixi torpaqları olmağını inkar edirdi. O, bütün dünyanın qəbul etdiyi tarixi həqiqətlərə gözünü yummaqla başını aşağı elədi.
Azərbaycan ordusuna olan inamsızlığını açıq şəkildə ifadə edir, beləcə, az-çox sahib olduğu hörməti, izzəti də itirdi.
Məsələn, Altay Göyüşov indi Azərbaycan üçün nə ifadə edir? Kimdir? İctimai-siyasi proseslərə nə kimi təsiri var? Doğrudan da onu bir ciddi adam hesab edən, sevən, inanan adamlar varmı?
Tək-tük adamlardandır ki, nə tarixçi kimi ciddi bir adı, imici var, nə də müxalifətçi kimi.
Altay Göyüşov mahiyyətcə elə bir tarixçidir ki, dünyanın belə qəbul etdiyi real tarixi həqiqətləri qəbul etməyə bilir. Təbliğatçısı, əsiri olduğu Qərbin ən azı dildə qəbul etdiyi, sonradan məcburən etiraf etdiyi bütün həqiqətlərin üzünə at kimi dirənəndə onun timsalında tarixin necə saxtakarlaşdıra bilinəcəyi göründü.
Bu mənada, Altay Göyüşovun ziyalılığa yox, elmi qədeşliyə aidiyyəti var.
“Azərbaycan ordusu müharibə aparmaq iqtidarında deyil” sözü ilə başlayıb-bitən Altay Göyüşov, Azərbaycanın öz tarixi zəfərini qeyd etdiyi anlarda sanki başqa bir planetdəydi. Dünya qəbul edir, tarix yazır, o isə başını aşağı salıb tarixə ləkə salırdı.
Altay Göyüşov başa düşməlidir ki, məhz müasir cəmiyyətlərdə ictimai xadimlərin dəyəri təkcə onların hansı mövqedə dayanması ilə deyil, həmin mövqeni necə əsaslandırması ilə ölçülür.
Müxalif olmaq avtomatik olaraq haqlı olmaq demək deyil. Eyni qayda hakimiyyəti dəstəkləyənlərə də aiddir. Tarix göstərir ki, insanların rəğbətini qazanmaq üçün sadəcə hakimiyyətə qarşı çıxmaq kifayət etmir; ardıcıllıq, prinsipiallıq və intellektual dürüstlük də tələb olunur.
Bütün bunların isə heç biri Altay Göyüşovda yoxdur.
Bu gün Altay Göyüşovun nə hakimiyyət tərəfdarlarının, nə də müxalif düşərgənin yanında yeri var.
Çünki Altay Göyüşov elə adamdır ki, günəş qərbdən çıxsa, şərqdən çıxmadığı üçün etiraz edəcək.
Belə adamlar üçün əsas məsələ həqiqət deyil. Əsas məsələ çoxluğun dediyinin əksini deməkdir. Hamı “yağış yağır” deyirsə, o çıxıb deyəcək ki, “əslində, məsələ çox mürəkkəbdir”. Pəncərəni açıb üstünə bir vedrə yağış töksən də, xeyri yoxdur, fikrindən dönməyəcək. Deyəcək ki, məsələn, bu, sadəcə dominant meteoroloji bir hadisə, buludların təzyiqidir.
Bu tip adamların həyatında hər şey tərsinə işləyir. Toyda hamı oynayanda onlar yas ab-havasına düşürlər. Yasda hamı ağlayanda isə onlar çıxıb kədərin sosial problemlərdən yarandığını izah edirlər.
Altay Göyüşovun ən böyük arzusu “Mən demişdim” sözünü deməkdir. Ancaq bu, heç vaxt ona qismət olmur. Çünki onda heç bir uzaq görənlik, siyasi intellekt yoxdur.
Digər tərəfdən, müxalifətçi olmaq ciddi məsələdir. Ciddi məsələ olduğu üçün də bunun Altay Göyüşova dəxli yoxdur.
O, ən yaxşı halda aqressiv narazı bir adamdır.
Share: