Qatil cəzadan uzaq qaldı, məhkəmə onu  anlaqsız elan etdi

Qatil cəzadan uzaq qaldı, məhkəmə onu  anlaqsız elan etdi

Az qala bir olacaq,  2025-ci il avqustun 23-də məşhur biznesmen, “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və Port Baku-da yerləşən italyan brendi “YAMAMAY”-ın sahibi və kifayət qədər maddi imkana və geniş münasibətlərə malik olan Emil Ağacanovun Yasamal rayon ərazisində yerləşən mənzilində işçisi və yaxın dostu  olan Muradova İradə Oleq qızını xüsusi amansızlıqla qətlə yetirməsi hadisəsinin məhkəmə işi başa çatdı.  Məhkəmənin, məhkəməyə qədər aparılan istintaq işinin gedişini izləyənlərin gözlədikləri baş verdi; Nəhkəmə özünün işinin başa çatdırdığını rəsmən elan etdi, xanım hakim hökm oxudu.  Qatilə cəza verilmədi.

 Beləliklə uzun çək-mevirdən sonra qatili anlaqsız elan etdilər, onu məcburi müalicəyə göndərdilər. Ümüd Azərbaycan səhiyyəsinədir, güman etmək olar ki, 2-3 ilə qatili tam müalicə edib, azadlığa da buraxacaqlar.

Hakim Səbinə Məmmədzadə

Deyilənlərə və qətli törədən şəxslərin dediklərinə, sosial şəbəkədə yazdıqlarına əsaslanaraq demək olar ki, dəhşətli qətlin belə başa çatmasında qətli törədənin də itkiləri az olmayıb. Yeni binada yaşayış evləri, Sibirisə yaxın yerdə Bilgəhdə bağ evi, şirkətlər və sair satılıb. Satılıb ki, qatilin anlaqsız olması sübutlansın, deyilsin kiu, ağlı başında olan adam bu mal-mülkü niyə dəyər-dəyməzinə versin ki?

Həm də kimsəsi olmayan bir ailənin gənc xanım üzvünün qətlə yetirilməsi istintaqı bu faktlarla istinad edilərək  başa çatdırılsın ki, işı rahatlıqla məhkəməyə göndərsinlər.

Dəhşətdir, acınacaqlıdır, iyrəncdir… obyektivlikdən uzaqdır və … Məhkəmə boyu və sonrası iştirakçı insanların  ifadə etdiklərimi yazmaq niyyətindən çox uzağam.

 Gözlənilməyən qətlin izi ilə… – Araşdırma

“Anlaqsız” Emil Ağacanov

Azərbaycan məhkəməsində haqq nazilir, nazilir və üzülür. Bəzən heç nazilməyə də imkan vermirlər, həmən haqqı nahaqqın ayaqları altına atırlar… Muradova İradə Oleq qızının amansızlıqla qətlə yetirildiyi cinayət hadisəsinin ilk günündən məhkəmə işinin yekunlaşdığı günə qədər baş verən istintaq və məhkəmə işində olduğu kimi.

Yazmışdıq, ilkin ifadərində törətdiyi cinayətin mahiyyətini hiss etmiş və peşiman olduğu göstərmək əvəzinə hər dəfə müxtəlif, bir-birini təkzib edən, ustalıqla düşünülmüş ifadələr verməklə törətdiyi cinayətin məsuliyyətindən yaxa qurtarmaq üçün qəsdən  və düşünülmüş çabalar etdiyi qənaətinə gəlinməsinə şübhə yeri qoymayan”anlaqsız” qatilin anlaqlı hərəkətləri, danışıqları, verdiy replikalar, hakim xanıma minnətdarlıq baxışları, təlim görmüş, təlimatlandırılmış şəxsin, necədir, düzgünmü etdim “deyərək” arada hakimə və vəkilinə tərəf nəzər salması  hələ də göz önündədir. Məhkəmə, cızılaraq, tövsiyyə olunaraq toplanmış “sübut” və “faktların”, Yasamal prokurorluğunun apardığı istintaqın “tövsiyyəsi” ilə başa çatdı, hakimin sərbəst, məhkəmə istintaqının səthi aparılması kimi xarakterizə oluna biləcək işini sonucladı. Baxmayaraq ki, hakim peşəkar və soyuqqanlı bir hökn sahibidir.

 Ötən araşdırna xarakterli yazılarımızda haqqında bəhs etdiyimiz bu dəhşətli cinayət hadisəsinin istintaq və məhkəmə işindən dəfələrlə bəhs etmişdik. Müstəqil.Az olaqraq tükürpədici cinayətin detallarını xırdalıqla, bütün   təfərrüatları haqda oxucularımıza ətraflı məlumatlar vermişdik. Elə məhkəmənin hakimi Səbinə xanım Məmmədzadəyə də ünvanlanan sorğu və suallarımız az olmamışdır.

Zərərçəkən tərəf, ölkədə nə vaxtsa ədalətli məhkəmənin gedişini gözləyən vətəndaşlar, araşdırıcı jurnalist olaraq Müstəqil.Az-n əməkdaşları bilə-bilə həmən bu Bakı Ağır Cinayətlər məhkəməsində bir ailəni (atasını, anasını, bacısını, bacısının az yaşlı qızını) amasızlıqla qətlə yetirən qatilə, Əhmədə haqq verən məhkəmədən möcüzə gözləmək olmaz, həqiqətin yanında durulduğunu müşahidə etmək olmaz, yenə də nəyəsə ümüd bəsləyirdilər.

Demək yanılıblar. Hələ üstəlik, hakimin də elə  həmin hakim olmasına da rəğmən ümüdləri möcüzəni yaşamaq idi; Qatil cəzalanacaq!

Qətlə yetirilən İradə Muradova   

Hələ onu da nəzərə aqlsqq ki, qətlin ilk günü qatilin bacısının əri, əlimizdən nə gəlsə edəcəyik ki, Emil Ağacanovu cinayətdən yaxa qurtara bilsin, deməsi faltıda Yasamal rayon məhkəməsinin istintaqından üzü məhkəməyə tərəf gəlib çatmamışdılr.

Sonuncu məhkəmədən sonra qatili və onun doğmalarını yaxından tanıyan Ruslan adlı şəxs tərəfindən sosial şəbəkədə rəy bölümündə yazılan bu yazı: Qatilin adamları evlərini, bağ evlərini, əmlaklarını, bizneslərinin bir hissəsisini satıb.

Niyə?

Suallar çoxdur, onlarla sual tərəfimizdən və zərərçəkmiş tərəfin hüquq müdafiəçisi, peşəkar vəkil Rəşad Cəbrayılov tərəfindən  Bakı Ağır Cinayətlər  məhkəməsində  məlum işinin hakimi Səbinə Məmmədzadəyə ünvanlansa da gedişatda həmin sualların cavabına istiqamətlənən heç bir əməli işin şahidi olunmadı. Necə deyərlər, “çax-çax baş ağrıtsa da dəyirman öz işini gördü”.

 

Vəkil Rəşad

Vəkil Rəşad Cəbrayılov

Nə idi zərərçəkmiş tərəfi və araşdırmaçı jurnalist olaraq bizləri maraqlandıran nüanslar haqda hakimə ünvanlanan suallar? Ötəri də olsa təkrar edək:
Maraqlıdır, nəyə görə hakim xanım illər boyu əldə olunan, istifadə edilən, həkim nəzarətinə, müalicəsinə, dəfələrlə klinikada narkotika istifadıçisi kimi  qeydiyyata düşən, stasionar və ambulator müalicəyə cəlb olunan,  cəmiyyət üçün daima təhlükə yaradan narkotik aludəçiliyi ilə bağlı narahat olaraq bir addım atmadı,  araşdırma aparmadı, qatilin və qatilin qurbanının amansız qətlin törədildiyi ana qədər və ondan sonra da hadisədə şahid qismində adı çəkilən doğmaları ilə edilən  telefon danışıqlarının yoxlanmasının aşkarlanmasını məsləhət bilmədi, hansısa istintaqın gedişində əsas ola biləcək faktların aşkarlanmasına rəvac vermədi?

Qətlə yetirilən xanımın bacısı Rəna Muradova

 Görəsən nəyə görəEmil Ağacanovu dəfələrlə müalicə edən Araz həkimin qeyd etdiyi, elə qatilin özünün, bacısı Nigar xanım Həbibovanın, yeznəsi, bacısının həyat yoldaşı Həbibov Elnur Eldar oğlunun etiraf etdiyi bəzi məsələlər nəzərə alınmasın?

Elnur Həbibov

Həkimin dediyinə görə qatilin bacısı Nigar xanım da bir zamanlar onun posienti olub. Qətlə yetirilmiş İradə xanımın bacısı Rəna xanımın dediklərinə görə, narkotika aslılığındanmüalicə alıb. Bəs bu qədər uyuşdurucu həblərdən istifadə, əldə edilmə və ciddi-cəhdlə mənbənin adını gizlin saxlaması, əli qanlı şəxsin heç də anlaqsız olmasından xəbər vermir?

 Nigar Həbibova, E.Ağacanovun  bacısı

Heç anlaqsız adam da illik dövriyyəsi milyonlarla ölçülən şirkətlərin sahibi və idarəçisi ola bilərmi? Nə isə. Zərəçəkən tərəfin əlləri hər yerdən üzülüb. Zaman keçdikcə ədalətli məhkəmənin olmayacağı qənaəti onları tərk etmirdi.

Erməni hərbi düşərgələrində girov düşən günahsız qadınlarımızın amansızlıqla qətlə yetirilməsi zamanı işgəncələrə, təhqirlərə, boğularq öldürülmə səhnələrinə bənzər xüsusi qətl formasında öldürülmə hadisəsini anlaqsız halda etnək mümkün deyil axı.

Qətli törədən, hazırda müalicəyə cəlb edilən Emil Ağacanovun uzun məhkəmə gedişlərində oğlunun qurbanı olmuş gənc xanımın yaxınlarını təhqir etməkdən, aşağalamaqdan çəkinmədiyi

Tağıyeva Ruhənqiz Maştağa qızı, (E. Ağacanovun anası)

anası Tağıyeva Ruhənqiz Maştağa qızı oğlunun “günahsız” və “cəzasız” olması hökmünü eşitdikdən sonra humanist ana obrazı ilə işlətdiyi ifadələr də qarşı tərəfdə qıcıq yaradırdı: Mən İradənin bacısını, anasını başa düşürəm, yaxınlarını itiriblər. Amma ekspertiza elan edib axı Emilində barmağının biri əzilib, sınma həddinə çatıb, oğluma qarşı şiddət olub, – anlamında dediyi sözə də diqqət yetirilməlidir.

Bəlkə xanım oğlunun qətl törətdiyi zaman öldürülən insanın sakit oturub gözləməsini, heç bir müqavimət göstərməməsini istəyirmiş?
Hər halda məhkəmə başa çatdırıkdı. Qatil xəstə- anlaqsız elan edildi. Hakim onu müalicıyə göndərdi. Doğurdan da xəstədirsə, Allah onun şəfasını versin. Yox elə deyilsə qoy Allah  özünün adilliyini, ədalətli olmasını da göpstərsin, bu işdə tərəfkeşlik edənlərin, qətli törədənlərin də cəzasını gecikdirməsin.

Biz isə Müstəqil.Az olaraq bü müdhiş qətli və ondan da müdhiş aparılan istintaq və məhkəmə işini unutmayacağıq, unudulmağa qoymauacağıq.

ÖTGÜN

 

Share: