Millət vəkili, professor Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

Millət vəkili, professor Fəzail İbrahimli Masallıda seçici qəbulu həyata keçirib

 

21 fevral 2026-ci ildə Milli Məclisin deputatı, professor Fəzail İbrahimli Masallı şəhər inzibati ərazisinə daxil olan Dadva massivində növbəti seçici qəbulu həyata keçirtdi. Qəbuldan öncə millət vəkili Masallı șəhəri Dadva qəbristanlığında Birinci və İkinci Qarabağ şəhidləri Rafiq Əlihəsənov və Niyaməddin Sultanzadənin məzarlarını ziyarət edib onların məzarları üzərinə gül dəstələri qoydu, şəhidlərin ruhuna dualar oxundu.
Sonra qəbulun keçiriləcəyi Rafiq Əlihəsənov adına Masallı şəhər 1 saylı tam orta məktəbin qarşısında İkinci Qarabağ müharibəsi şəhidi Niyaməddin Sultanzadənin bulaq kompleksini və məktəbin foyesində Rafiq Əlihəsənovun şərəfinə yaradılan guşəni ziyarət etdi.
Daha sonra məktəbin akt zalında qəbul baş tutdu. Qəbulda iştirak edən seçicilər müxtəlif məsələlərlə bağlı problemlərini millət vəkilinin nəzərinə çatdırdılar. Səsləndirilən və seçicilər tərəfindən qaldırılan məsələlər əsasən, sosial, yol infrastrukturu, işsizlik, elm-təhsil, əfv və digər məsələləri əhatə edirdi. Seçicilərin fikirləri qeydə alındı. Millət vəkili bəzi məsələlərin həlli ilə bağlı mövcud qanunvericiliyi izah etdi. Bir sıra məsələlər yerinə həll edildi. Bəzi məsələlərin həlli ilə bağlı isə seçicilərə rəsmi formada müraciət etmək tövsiyə edildi və bu məsələlərin həlli istiqamətində aidiyyəti qurumlar qarşısında qanunvericilik çərçivəsində məsələ qaldırılacağı bildirildi.
Qəbuldan sora millət vəkili Fəzail İbrahimli İkinci Qarabağ şəhidi Niyaməddin Sultanzadənin ev muzeyinə baş çəkdi. Burada qəhrəmanın keçdiyi döyüş yolu ilə tanış oldu və ehsan süfrəsi arxasında əyləşdi.

Share: