“Prezidentə qarşı yönəlmiş təxribat dövlətin simvoluna yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir.”

“Prezidentə qarşı yönəlmiş təxribat dövlətin simvoluna yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir.”

20 fevral 2026-cı il tarixində Azərbaycanın ABŞ-dakı səfirliyi qarşısında  Prezidentin Vaşinqton səfəri zamanı baş vermiş insidentlə bağlı Vətəndaş Həmrəyliyi Partiyası funksioneri saytımıza açıqlama verib.

Açıqlamada Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü, partiya sədrinin müşaviri Faiq Balabəyli bildirib ki, baş vermiş hadisə hər kəsdə qəzəb yaradıb:

“Dövlət başçısının mühafizə edilən nəqliyyat vasitəsinin hərəkətinə maneçilik törədilməsi və ya fiziki müdaxilə cəhdi ciddi təhlükəsizlik təhdidi yaradır. Belə hallarda Prezidentin Təhlükəsizlik Xidməti dərhal müdaxilə etməyə borcludur. Təhlükəsizlik tədbirlərinin yalnız standart əməliyyat prosedurlarına uyğun şəkildə həyata keçirildiyi bildirilib”.

Təxribatçılara qarşı görülən tədbirlərin tam yerində olduğunu bildirən VHP funksioneri vurğulayıb ki, Azərbaycan Respublikasında Prezidentin təhlükəsizliyi xüsusi hüquqi statusa malikdir:

“‘Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyinin təmin edilməsi haqqında’ qanun və ‘Dövlət mühafizə fəaliyyəti haqqında’ qanun Prezidentin həyat və sağlamlığının, mühafizə zonasının toxunulmazlığının, hərəkət trayektoriyasının və rəsmi kortejin təhlükəsizliyinin dövlət tərəfindən tam təmin edilməsini imperativ norma kimi müəyyən edir.”

Faiq Balabəyli qeyd edib ki, bu hadisə nəinki beynəlxalq hüquqa, həm də ölkə qanunlarına ziddir və birbaşa Azərbaycan dövlətinə qarşı yönəlmiş addımdır:

“Dövlət başçısına qarşı təxribat suverenliyə yönəlmiş aktdır. Prezident yalnız fərdi siyasi fiqur deyil, konstitusion institutdur. O, dövlətin beynəlxalq hüquqi subyektliyinin daşıyıcısıdır. Ona qarşı yönəlmiş hər hansı təxribat dövlətin simvoluna yönəlmiş hərəkət kimi qiymətləndirilməlidir. Demokratiya adı altında təhlükəsizlik perimetrini pozmaq, kortejin hərəkətinə müdaxilə etmək və fiziki yaxınlaşma cəhdi göstərmək hüquqi baxımdan müdafiə oluna bilməz.”

Share: