Müstəqil.Az-a daxil olan xəbərə görə Texnologiya Universitetinin Prorektoru Şahmar Həsənovu və Həmkarların sədri Əli Məmmədov İstintaqa cəlb olunub…
Belə ki, 16 fevral 2026-cı il tarixdə Samux rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat keçirdiblər. Texnologiya Universitetinin sabiq əməkdaşı Əli Məmmədov həbs olunubdur.
Sabiq əməkdaş 2025-ci il də Texnologiya Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri işləyibdir. Ali təhsilini davam etdirmək üçün Bakı Şəhərinə köçübdür. Sözü gedən şəxs ali təhsil Magistratura pilləsinə qəbul olubdur.
Məlumatlı mənbə bildirir ki, Samux rayon Polis şöbəsinin əməkdaşları Əli Məmmədovu, rayon sakinlərinin ərizəsi əsasında saxlayıbdır. Əldə etdiyimiz məlumatlara görə Samux rayon sakinlərindən bir necəsindən külli miqdarda pul alaraq Texnologiya Universitetinin Prorektoru Şahmar Həsənova təqdim edibdir ki, bu şəxsləri universitetdə müəyyən işlə təmin edilsinlər. Lakin vəd verməklərinə baxmayaraq rayon sakinlərinin heç birinin işlə təmin olunması həyata keçmiyibdir.
Müstəqil.Az-a veriləm məlumatlara götə 17 fevral 2026-cı il tarixində Texnologiya Universitetinin Prorektoru Şahmar Həsənov və İnsan Resursları şöbəsinin rəisinin də izahatları alınıbdır.
Hal-hazırda iki şəxsin istintaqa cəlb olunmağı bildirilir.
O şəxslər Şahmar Həsənov və Əli Məmmədovdur. Bununla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.
Müstəqil.Az




















