Və yaxud
Siyasətimizdə “Alboralı Əcməl”in bicbalaları haqqında bir neçə kəlmə
Aydın CAN yazdı

Mənim bir qohumum var, təzə maşın alanda (daha doğrusu lizinqə götürəndə) “sağlıqla, qəzasız sürəsən” demədən, maşına xələt qoymadan, həmən də başladı bic-bic suallarla sürücülük qabiliyyətimi çözməyə. Bir-iki sual verdi, könülsüz cavab verdim, axırda iblisliyini çox ibrətamiz bir misalla malaladı:
– Aydın Can, indi elə zamandır ki, sənin maşından başın çıxır, yaxşı sürücüsən, ya sükan arxasında cəldsən, çeviksən, məharətin var ya yox, heç bir önəm daşımır! Çünki sən nəyi, necə gözəl bilsən də, bacarsan da, mütləqdir ki, özünü gərək gijdulyalardan qoruyasan, onların öhdəsindən gələsən! Səni istəyib deyirəm e!
Ürəyimdə onu söysəm də, az sonra… əmin oldum ki, söyüləsi mənəm, adam doğru deyirmiş! Çıx Azərbaycanda şəhər içinə, kənd arasına, magistral yola, həzz al, tanış ol və gör sayı nə qədərdir “Ağabəy Sultanovun pasiyentləri”nin!
İndi bunu ona görə deyirəm ki, Azərbaycan hakimiyyətində kadr islahatı aparılandan sonra… siyasi magistralda məhz “Ağabəy Sultanovun pasiyentləri” yağışdan sonra göbələk kimi artıb: 70 yaşlı rus İvan 75 yaşlı xanımı Qalya ilə seks yapmaq istəyəndə dediyi kimi, Brejnevin vaxtında “belə” deyildi, bütün günahlar Putindədir!
Hə-ə, onu deyirdim axı: Azərbaycanın teleekspertlər, siyasi icmalçılar, partiya sədrləri trassına hər cür “impotent” çıxır! Ən çox da “sınaq-təlim yürüşləri” reaksiya.tv-dədir!
Amma yaxşı da tapıblar ha!!! reaksiya.tv-yə çıxanların içində eləsi var ki, qulaq asdıqca, baxdıqca yazığın gəlir, deyirsən, adam doğrudan da əziyyət çəkir, balaları – partiya üzvləri, ya öz uşaqları üçün çörək qazanır, göz yumursan, qulaq tutursan, keçirsən, eləsi də var ki… ilk saniyədən son saniyəyəcən RERAKSİYAn bu olur ki, “yalançının anasını …!”
Əvvəldən axıradək – bütün çıxışlarında!
Biri elə Cahandar Bayoğlu! Adamın siyasi fəaliyyətdə təxəllüsü BAYoğlu olsa da, inandırım sizi ki, ən ZAY OĞLUdur siyasi təhlilin, ekspertliyin, hərəkat başqanlığının!
Gül kimi uşaq idi e bu Cahandar Bayoğlu 90-cı illərdə – səliqə ilə geyinirdi, beşulduz restoranlardakı ofisiantlar həsəd aparardı süfrəyə çay daşımasına, stola düzməsinə! Yaxşı da gözə girirdi: nə qədər olmasa da, bahalı “Marlboro” çəkirdi (bu yerdə ona o bahalı “Marlboro” almağa pul verəni – “kormut”unu kəsəni ən pis qarğışla qarğıyıram – adam, nə olan şey idi ki, bunun bahalı siqaret almaq üçün pulunu kəsirdin, bu da düşür çöllərə, “qaz” tapır, düşür trassa və transa – siyasi ekspert, hərəkat başqanı olaraq?)!
“Marlboro”nun pulu kəsiləndən sonra o cür qaraqaşlı, lopabığ yaraşıqlı oğlan başladı UĞRAŞmağa PİS-PİS işlərlə: bir xeyli Azərbaycan qadını var ki, bunu məhkəməyə verib ki, məndən aldığı borcları qaytarmır, hələ bir xanım var, mənə deyir ki, gəl, məhkəmə icra və probasiyaya yönləndirilmiş borc qəbzini verim, paylaş! Mən də qayıtdım ki, kişi hətta nakişilik edən əynişalvarlının üstünə qadın vasitəsiylə getməz!
Nə isə…
Borc ala bildiyi, ya ata bildiyi qadınların siyahısı tükənəndə bir də gördük ki, adam çıxıb trassa – reaksiya.tv-də siyasi proqnozlar, təhlillər aparır!
Bir-iki dəfə hətta Zaur Qəriboğluna zəng də açıb demişəm ki, ay Zaur, beş-üç hörmətli insanın yanında dəyərin var, getdikcə xərcləyirsən e!
Yazıq neyləsin? Demokratiyadır, adam danışır, Zaurun da canlı mavi efirdən sifəti hətta saqqal altından qıpqırmızı qızarır – kəsə bilmir… sözünü, kəsə bilmir… yayımı!
Zaur Qəriboğlunun əvəzinə mən ekranın bu üzündən deyirəm: səni Zaur Qəriboğluna calayanı çörək üzünə həsrət qoysun ictimai-siyasi şöbə, bağışlayın, Tanrı!
Siz allah, görün Turan Hərəkatının başqanı canlı efirdən nə deyir (hələ əvvəlkiləri demirəm, çünki Zaur Qəriboğlunun vicdanlı şəkildə “bu ittihamlar məhkəmə predmetidir e” iradını da eşitmişəm): “Azərbaycanın sınır, gömrük məntəqələrində narkotik daşınır, gömrükdə işləyənlərə deyirlər ki, filan maşınlar gələcək, onları yoxlamayın, gözünüzü yumun, üzünüzü o tərəfə çevirin!”
Siz allah yapışmır bu adamın bu dediyinə görə ünvanına: “yalançının anasını …!”?
Hələ ardına qulaq asın: sözarası qələtini “pokrıvat” edir: “Gömrükdə, sınırda elələrindən birini tutublar, İlham Rəhimovun qohumudur!” (fikrindəki rabitəsizlik, məntiqsizlik də ayrı dərddir).
Ayə, biri lap durub qayıtmadı da, demədi də “yalançının anasını …!”, götürdü həmin qohumu dediyin İlham Rəhimov səni verdi məhkəməyə! Məlum oldu ki, İlham Rəhimovun o adda qohumu yoxdur və sən dediyin sınır məntəqəsində, gömrük məntəqəsində də işləmir! Sonra?
Hələ bu azmış kimi, facebook səhifəsində, tik-tokda paylaşır ki, “İlham Rəhimov narkotik tranzitində” – siz allah, yeri var deməyin “yalançının anasını …!”ə?
Düzdür, indi İlham Rəhimov humanist, professor-pedaqoq adamdır, öz xalqına, öz dövlətinə qarşı hansı güclərin, hansı düşmənlərin hansı murdar niyyətləri olduğunu bilir, dəymir, deyir eybi yox, amma day bu qədər də yox da!
Özü də maraqlı olan bilirsiniz nədir, bu cür ZAY OĞUL imici sərgiləyən adam Əbülfəz Elçibəyi bir dönəm hər gün görüb, təmasda olub!
Vallah, billah, Əbülfəz Elçibəydə nəinki siyasi rəqiblərin, hətta düşmənlərin ailə söhbətinə burun soxmağa qəti bir qəzəb vardı – Pənah Hüseynlə Əli Həziquliyev şahiddir!
Hazırkı iqtidar 30 ildir Əbülfəz Elçibəy komandasından nə qədər ona layiq olmayan adam var, həbs, rüsvay edir, yenə bu qırılmışlar qurtarmır e!
Mən Əbülfəz Elçibəy tərəfdarlarına üz tutmağa məcburam deyim ki: dədəm Məmməd fəhlə idi, yamaqlı şalvar geyinirdi, vallah, mən o fəhlə dədəmin adını dilə gətirəcək bir səhv hərəkətə yol vermədim! A kişilər, siz o boyda Elçibəyin tərəfdarları, varislərisiniz e, içinizdən Əbülfəz bəyə layiq bir kişi tapılmır desin ki, Cahandar, sənin etdiyin BAYOĞLUluq yox, ZAYOĞLUluqdur?
Ayə, adam da düşmən, rəqib gördüyünə böhtan atar, adını haq-nahaqq dilə gətirər, haçan ailə xanımı kim olub efirdən səsləndirər?
ƏN NƏHAYƏT: Əgər sən Turan hərəkatı uğrunda UĞRAŞırSANsa, onda səni TÜRK DÖVLƏTİ olan Qırğızıstanda “nkvd” Qamçıbəyin son performansı narahat eləsin, burdan bir bəyanat hellət ki, arkadaş, abi, bu nə demək ki, çinlilərlə rusca qovoriş, öz dilimizi kullanın tələbində bulunarkən!
Turan Hərəkatının Başqanının işi-gücü, dərdi-azarı İlham Rəhimovun nə ilə məşğul olmağı, qohumunun harda işləməsi, kiminlə evli olması yox, daha qlobal məsələlər olmalıdır! O ki qaldı… Turan ərazisində narkotranzitin mövcudluğuna, and olsun sənin o haçansa var, indi olmayan lopa bığlarına, haçanca hansı hesabasa çəkdiyin bahalı “Marlboro” siqaretinin tüstüsünə, Turan-türk qadınlarından alıb qaytarmadığın pulların valyuta dəyərinə, Azərbaycanda kimin qohumunun harada işləməsini və nə qədər maaş, nə qədər paket almağını sən öz dədənin kimliyini bildiyindən yüz dəfə artıq bilirlər… bu iqtidardakılar!
Narkotranzitə də yiyəlik İlham Rəhimovluq deyil – Daxili İşlər Nazirliyi 5 ildən çoxdur gecə-gündüz narkotik və psixotrop maddələri sentnerlə müsadirə edir və dövriyyədən çıxarır yandırmaqla! DİN-dəkilərdən dəqiq bilirsən narkotranzitə hansı İlhamın baxmağını?
Özü də biləsən: İlham adında, – istəyir Əliyev olsun, istəyir Rəhimov, ya Papaqçıyev, Qaçabəyov, Talışxanov, – nə qədər vətəndaş var bu ölkədə, başda Müzəffər ABK İlham Əliyev olmaqla, hamısının fəaliyyəti göz qabağındadır, nəzarətdədir, bilinir!
İlham Rəhimovun nə Azərbaycanda, nə də Avropada heç eşşəyi də yoxdur – RF Prezidenti və onun yaxın ətrafına sanksiyalar tətbiq ediləndə, Cahandar Bayoğlu, sənin kimi o qədər apologet vardı ki, adını oxumaq istəyirdi o siyahılarda! Zırt da çıxmadı!
Kimsə sənə başa salıbsa ki, tez-tez İlham Rəhimovun adını çək, böhtan at, qarala, bezdir, axırda… 100 min dollarlıq bir layihə apar, qol çəkəcək, deyirəm, biləsən: buna sənə qədər oxartana trassa çıxan mətbu, ictimai-siyasi qəhhh…rəman can atıb ki!
Ən yaxşı cavab Rauf Arifoğlunun müsahibəsində var!
Adam bu qədər ZAYOĞLUluq etməz – axı, sən özünə BAYOĞLU təxəllüsü götürübsən! Necə yaraşdırırsan siyasi təxəllüsünə? Axı kənardan – efirdən baxanda pis görünür!
Heç kimə, heç kimə, heç nəyə, lap elə Turan Hərəkatına da hörmət qoymursansa, Əbülfəz Elçibəyin qabağına qoyduğun çayların ətrinə, pürrəngiliyinə hörmət qoy! Bəyin ruhu çox pis inciyər!
İnan mənə, bu yazını oxuduğun günün gecəsi yuxuna girər Bəy – day orasını demirəm ki, sənə nə deyər, səninlə neyləyər, amma əminəm ki, heç də yaxşı yuxu olmayacaq!
Ayıl! Ayıl, amandır!
Sən özünü siyasətçi kimi yox, magistralda, trassda “Ağabəy Sultanovun pasiyenti” kimi aparırsan!
Bilirəm, Türkiyə, türk sevdalısısan, odur ki, Türkiyədə nümayiş olunan “Uzak şehir” serialından bir obrazı sənə tanıtmaq istəyirəm, çünki onu tanısan, nə demək istədiyimi anlayarsan!
O serialda bir Əcməl adında əynişalvarlı var! Alboralı.
Əvvəl zorlayıb hamilə qoyub qayadan atdığı, amma ondan hamilə qalan qardaşı arvadına böhtan atır, öz oğlunu qurban verir, qardaşı qızına – gəlininə əl qaldırır, qızının oğurlanmasına şərait yaradır, onu şillələyir, öz bic oğlunun qətlini sifariş verir, öldürtdüyü-ölmüş bildiyi (aşkarda qardaşının, həqiqətdə-xəlvətdə öz) oğlunun oğlunu – nəvəsini qaçırdır!
Əlqərəz, bütün nəslə oğraşlıq toxumu səpir! Bic doğulan oğlu da Əcməlin yolunu gedir – adı Borandır!
Məsləhət bilirəm, baxasan! Təkrar-təkrar: başa düşəndə zəng edərsən, anlaşarıq!
Baxmağa vaxtın, anlamağa ağlın-bəsirətin çatmazsa, elə indidən deyirəm: özünü alboralı Əcməlin özü və bic oğlu kimi niyə aparırsan ki? Kim sənə deyib ki, siyasətlə məşğul olmaq böhtan, qarayaxma, hərzə-hədyan deməkdir!?
Mən sənin hər dediyin fikrə “yalançının anasını …!” deyirəm, sən bu yazını oxu, gör “əclaf yaxşı yazıb, amma gərək məndən yazmayaydı”dan başqa nəsə deyə bilirsən?






















