Mən Vətənəm… – Paşa Quliyev

Mən Vətənəm… – Paşa Quliyev

 (esse)

Vətən dedikdə gözümün önünə 44 günlükmüharibədə canını sipər etmiş əsgər qardaşlarım gəlir. Yadımdadır, Zəfərə yetişəcəyimiz dövrdə içimdə sözləifadə olunmayan bir duyğu vardı.

Axı nədən mən hələməktəbliyəm? Mən də qardaşlarıma qoşulub, o barıtqoxulu torpaqlarda gəzə bilmirəm. Səngərdə gecələyibdüşməndən qarış-qarış alınan torpağımın ətriniduymuram. Yalnız Zəfər günü içimdə yaranan işığın, həyəcanın, sevincin köksümə sığmadığını hiss edəndəanladım ki, Vətən elə mənəmbüsbütün, təpədən-dırnağa mənəm. Bir gün böyüyüb azad Azərbaycantorpaqlarında mən də əsgər olacağam. Şəhid qardaşlarımıyada salacağam. Onlar da mənim kimi büsbütünVətəndirlər.

Zəfər mübarizənin, səbrin, əzmkarlığın və inamınnəticəsində əldə edilir. Azərbaycan xalqı, başda Ali BaşKomandan İlham Əliyev olmaqla, bu zəfəri qazanmaqüçün yüksək peşəkar ordumuzun şücaəti və uzaqgörənsiyasəti ilə müharibə ağrısının öhdəsindən layiqincəgəldi. Bütün dünyaya səs salan ordu strategiyası iləAzərbaycan tarixində zəfər tarixini yazdı.

27 sentyabr 2020-ci il tarixindən başlayaraq, 44 gündavam edən II Qarabağ müharibəsində 4 oktyabrdaCəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldanazad edildi. 2020-ci il noyabrın 10-da isə Qarabağdaatəşkəs elan olundu. Bu atəşkəs Azərbaycanın tam qələbəsinin və torpaqlarının böyük hissəsinin gerialınmasının rəsmi təsdiqi idi. Nəhayət ki, 30 illik işğaldövründən sonra Azərbaycan xalqı öz torpaqlarını gerialaraq vətən həsrətinə son qoydu. 8 noyabr Azərbaycanxalqının tarixinə qızıl hərflərlə yazılan zəfər günüdür. Bəli, bu gün bizə bütün adi günlərdən əzizdir. Bu günşəhidlərimizin ruhları vətən səmasında bizimlə olur. Mənbunu duyuram.

Zəfər Günü Azərbaycan xalqı üçün yalnız bir tarixihadisə deyil, həm də dərin mənəvi bir gündür. Bu günbütün Azərbaycan xalqı hərbçilərini, şəhidlərini vəqəhrəmanlarını anır, onların xatirələrini bölüşür.

Mən Azərbaycan Milli Konservatoriyası nəzdindəİncəsənət Gimnaziyasının 9-cu sinfində təhsil alıram. Hər gün dərsə gələrkən foyedə bir lövhə diqqətimi çəkir. Mən hər gün bu lövhədən mənə gülümsəyərək baxanAzərbaycan Milli Konservatoriyasının tələbəsi, tar əllimi şəhid Toğrul Hacıyevi görürəm. Ona ruhumla, qəlbimlə təzim edirəm. Düşünürəm ki, son dərəcə gözəltəhsil almaq, Toğrul qardaşım kimi əzmkar olmaq, vətənimi sevmək mənim başlıca vəzifəmdir.

Bəli, Azərbaycan tarixinin ən qürurlu, həm də ənkədərli səhifələrindən birini yazan, vətəni uğrunda canınıfəda edən igidlərimizdən biri də şəhid Hacıyev ToğrulRüfət oğludur. O, yalnız bir əsgər deyil, həm dəAzərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda canınıqurban verən bir qəhrəmandır. Hacıyev Toğrul 1997-ci ilfevralın 17-də Füzuli şəhərində anadan olub. Uşaqlıqdanmusiqiyə böyük həvəsi olduğundan tar ixtisasını seçib vəöz sənətində uğurlu bir gənc olub. Bunu hər il onunxatirə lövhəsinin önündə çıxış edən sevimli sənətəllimləri deyirlər.

2020-ci il sentyabrın 27-də Vətən müharibəsibaşlayanda o, Azərbaycan Silahlı Qüvvələrininsıralarında müddətli həqiqi hərbi xidmətdə idi. HacıyevToğrul FüzuliCəbrayılXocavənd istiqamətində gedəngərgin döyüşlərdə iştirak etmiş, böyük igidlik göstərmişvə düşmənə ağır zərbələr vurmuşdur. Həmin döyüşlərdənbirində, Horadiz kəndində, oktyabrın 10-da qəhrəmancasına şəhid olmuşdur. Toğrul Hacıyev canınıqurban etdiyi vətəninin zəfər sevincini yaşaya bilmədi. Onun ən çox sevdiyi tar aləti onun barmaqlarınatoxunmadan boynunu bükür. Tar susur, zaman danışır. Vaxt keçdikcə ağrı böyüyür. Onun haqqında düşünəndəgözlər belə dolur, könüllər dilə gəlir.

Şəhidlik zirvəsinə ucalmış qardaşım, bir zamanlarindi adı ilə güllərlə süslənmiş abidə olduğu yerdə gəzişib, əllimlərini gözləyib, məzun olub. Eşitdiyimə görə, Toğrul özündən başqa əsgər dostlarını düşünən igid birqəhrəman olub. Hətta o, yaralı olduğu halda beləailəsində həç kəsə xəbər verməyib, yalnız onu müayinəedən həkimə atasının telefon nömrəsini verib ki, ona birşey olsa zəng etsinlər.

Toğrulun dəfnindən sonra komandiri, I Qarabağiştirakçısı olan Rüfət Hacıyevə yaxınlaşıb, əlindəkiməktubu ona uzadaraqVətən sağ olsun!” – dedi. Atasıoğlunun son məktubunu göz yaşları ilə oxumağa başladı:
Əziz ailəm, siz bu məktubu oxuyursunuzsa, deməli mənşəhid adını qazanmışam. Mənim üçün ağlamayın, bilinki, mən qürur hissi keçirirəm ki, öz doğulduğum torpağıgeri almaq uğrunda şəhid olmuşam! Məni vətən sevgisiilə böyütdüyünüz üçün sizə minnətdaram. Haqqınızıhalal edin. Sizi çox sevirəm! Vətən sağ olsun!”

Ölümündən sonra Azərbaycanın ərazi bütövlüyününtəmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığıvə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasızamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçünAzərbaycan Prezidenti İlham Əliyevin sərəncamınaəsasən Toğrul HacıyevVətən uğrundavəFüzulininazad olunmasına görəmedalları ilə təltif edilmişdir.

Şəhid Hacıyev Toğrul Rüfət oğlu, nəinki ailəsinin, bütün Azərbaycan xalqının qəlbində əbədi olaraqyaşayacaq bir qəhrəmandır. O, Azərbaycanın ərazibütövlüyü uğrunda həyatını fəda edərək, böyük birqəhrəmanlıq stərmişdir. Onun cəsarəti, döyüşdəkifədakarlığı və xalqına olan sevgisi gələcək nəsillər üçünən böyük nümunələrdən biridir. Hacıyev Toğrulun adıAzərbaycan tarixində parlaq bir ulduz kimi əbədiyaşayacaqdır.

Bu gün bir şəhidin izi ilə 44 günlük zəfər tarixinivərəqlədik. Zəfər gələcəkdə bütöv Azərbaycan olaraqucalmaqdır. İndi bu torpaqlarda eşidilən millisədalarımız, ürəyi yaralı torpaqlarımız yeni sakinləriniqucağına alıb. İnsanların üzündən sevinc, fərəh yağır. Bu səadətə görə biz müqəddəs ucalığa çatmış şəhidəsgərlərimizə borcluyuq.

Himnimiz ifa olunur. Böyük Üzeyir Hacıbəyov vəƏhməd Cavad ruhlu himnimiz. Azərbaycan ayağa qalxıb, əlini ürəyinin üstünə qoyub himn ifa edir. Uca cüssəli, dağı xatırladan vətənim, biz hər birimiz sənin zərrənik. Zərrə olsaq da, qəlbimizə sığmayan sevginlə bir bütövük, Vətən.

Mən başdan ayağa sən olmuşam. Mən Vətənəm!

Paşa Quliyev

Share: