“Facebook” sosial platformasında bu gün təsadüfən qarşıma Rəşad Məcidlə bağlı riyakarlıqdan yoğrulan bir status çıxdı və baxıb gördüm ki, həmin statusu 80-dən çox adam da öz səhifəsində paylaşıb.
Və onların arasında təəssüf ki, özünü ziyalı sayan alimlərimiz də var. Bu mənə nə vaxtsa eşitdiyim bir rəvayəti xatırlatdı. Rəvayətin sonunda “daşqalaq” fətvasına düçar olan adamın son istəyi yadıma düşdü. Onun istəyi belə idi: “Qoy mənə o adamlar daş atsın ki, heç vaxt səhvə yol verməyiblər…”
…Həqiqətən də, bu ölkədə Rəşad Məcidə qibtə, paxıllıq edənlər az deyil. Və bütün paxıllıqlar sonda riyakarlığa çevrildiyi üçün, bəzən görürsən ki, onu hökumət qarşısında üzüyola və ya buna bənzər müxtəlif ittihamlarla riyakarcasına suçlayanlar da tapılır… Ümumiyyətlə, onun nümayəndəsi olduğu Şir bürcündən olan kişiləri bütün dünyada çox vaxt səhv anlayırlar. Çünki bu bürcün kişiləri özünəgüvən baxımından digər insanları geridə qoyurlar. Bu da xəbis adamların bağrını çatladır. Şir bürcü kişilərinin ən müsbət xüsusiyyətlərindən biri də onların vicdanlı və ürəyiyumşaq olmaqlarıdır. Bəli, hər bir insan kimi Rəşad Məciddə də səhv tapmaq olar, amma gərək tənqid də mərdanə olsun…
Elman Eldaroğlu
















