Əvvəllər hər hansı bir jurnalistə fəxri adın verilməsi üçün təqdimatı onun çalışdığı redaksiyanın baş redaktoru yazırdı. İndi hər şey dəyişib. Təqdimatı Mətbuat Şurası yazıb ötürür yuxarıya, orada da təsdiq edirlər. Demək, bu prosedurun məsuliyyəti Mərbuat Şurasının boynunda qalır…
İlqar Əlfioğluya “Əməkdar jurnalist” adının verilməsini mən də alqışlayıram. Nə yaxşı ki, APA-da çalışır, çox güman ki, onu bu dəfə də unudardılar. Hansı ki, İlqar Əlfioğlu 70 yaşında yox, 30 yaşında bu adı almalıydı. Artıq onun Prezidentin fərdi təqaüdünü alan vaxtıdır. Maraqlıdır, bəs İlhamiyyə Rzanı niyə “Əməkdar jurnalist” fəxri adına layiq bilib o siyahiyə salmayıblar? Məgər, o, bu adı haqq etməyibmi?..
Hər əsər yazan yazıçıya “xalq yazıçısı” adı verilmədiyi kimi, gərək təsadüfi jurnalistlərə də “Əməkdar jurnalist” adı verilməsin. Bu fəxri adı o jurnalistlər haqq edirlər ki, onlar yaxşı jurnalist olmaqları ilə yanaşı, cəmiyyət tərəfindən də sevilirlər…
İlhamiyyə Rzanı “Əməkdar jurnalist” fəxri adına layiq bilməyən, adını məlum siyahiyə yazıb ölkə başçısına təqdim etməyən adamların yerinə utanıram…
…Siyahının tutulmasına rəhbərlik edən adama baxırsan, əla oğlandır, amma gəl ki, belə eyibləri də var…
Elman Eldaroğlu
















