Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyun – 31 avqust 2025-ci il tarixlərində həyata keçirilən “Ucqar rayonlarda yeni texnologiyaların tətbiqi” layihəsinin icrası uğurla davam edir.
Layihənin icrasını “Azərbaycan Milli İnkişaf Layihəsi” İctimai Birliyi həyata keçirir. Birliyin sədri və layihə rəhbəri Rauf Rəcəbovun sözlərinə görə, layihə Azərbaycanın ucqar dağ rayonlarından biri olan Lerikdə reallaşdırılır və əsas məqsəd informasiya texnologiyalarına çıxışı məhdud olan gənclərin maarifləndirilməsidir.
Layihə çərçivəsində keçirilən təlimlərin əsas vəzifəsi:
Təlimləri peşəkar mütəxəssislər — Riyad Qaraxanov və Elmar Rəcəbzadə həyata keçirirlər. Gənclərə aşağıdakı sahələrüzrə praktiki biliklər verilir:
Təlimlərin sonunda fəal iştirakçılara Sertifikatlar təqdim olunacaq.
Rauf Rəcəbov bildirib ki, layihə əsasən həssas təbəqədən olan 14–17 yaş arası yeniyetmə və gəncləri əhatə edir. “Gənclərimizi müasir texnologiyalarla tanış etmək, onların bu sahədə bacarıqlarını formalaşdırmaq, eyni zamanda gələcək karyeralarına sağlam təməl qoymaq bizim üçün önəmlidir. Ənənəvi tədris metodları ilə yanaşı, rəqəmsal bacarıqlar bu gün daha çox tələb olunur”, – deyə layihə rəhbəri qeyd edib.
Layihə gənclərin dünyagörüşünü genişləndirmək, onları informasiya cəmiyyətinə adaptasiya etmək və gələcəkdə əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına dəstək məqsədi daşıyır.

















