
Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksinə yaxın ərazidə yanğın hadisəsi qeydə alınıb.
xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis qüvvələri cəlb olunub.
Operativ müdaxilə nəticəsində yanğının yaxınlıqdakı yaşayış binalarına keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Fərid Yusifov
















