Gəncədə dostluğu və həmrəyliyi tərənnüm edən festival təşkil olunmuşdur

 sakarya escort sakarya escort sakarya travesti nevşehir escort konya escort kayseri escort sakarya escort serdivan escort sakarya avukat webmaster forum
  3 noyabr 2017-ci il tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilmişdir. Xatırladaq ki, Metodiki Mərkəz və Bakı Yunus Emre İnstitutu 28 iyul 2017-ci il tarixində İvanovka kendində keçirilən Mədəniyyət Mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlərin I Beynəlxalq Elmi-praktiki Seminarın çərçivəsində Əməkdaşlıq Memorandumu imzalayaraq birgə layihələr və müxtəlif təlimlər keçirilməsində rəsmi tərəfdaş qurumları olmuşlar. Memorandum çərçivəsində keçirilmiş birgə layihənin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrıl

 
3 noyabr 2017-ci il tarixlərində Gəncə şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçirilmişdir.
Xatırladaq ki, Metodiki Mərkəz və Bakı Yunus Emre İnstitutu 28 iyul 2017-ci il tarixində İvanovka kendində keçirilən Mədəniyyət Mərkəzləri və onların filiallarında çalışan bədii rəhbərlərin I Beynəlxalq Elmi-praktiki Seminarın çərçivəsində Əməkdaşlıq Memorandumu imzalayaraq birgə layihələr və müxtəlif təlimlər keçirilməsində rəsmi tərəfdaş qurumları olmuşlar.
Memorandum çərçivəsində keçirilmiş birgə layihənin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişlənməsinə, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişafına və milli adətlərin dəstəklənməsinə xidmət edəcəkdir.
Qeyd edək ki, bundan öncə Qazaxıstanın Almatı, Astana, Türkiyənin Eskişəhir şəhərlərində təşkil olunmuş festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstandan 100-ə yaxın 12 yaşlı uşaqları, Gəncə, Şəmkir, Ağstafa Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibində fəaliyyət göstərən Uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak etmişlər.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin şöbə müdiri Sənan Talıbov açdığı rəsmi hissəsində Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Orhan Işık, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev, Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, Yunus Emre Bakı İnstitutun direktoru İbrahim Yıldırım, Azərbaycan Yazıçılar Birliyinin Gəncə şəhərindəki bölməsinin sədri Xəzəngül Hüseynova, xarici qonaqları Amangeldı Mırzabayev və Venera Jamanova çıxış etmişlər. Festivalın bütün türk dünyası üçün əhəmiyyətini vurğulayıb, onu dostluq və qardaşlıq tərənnüm edən hadisə adlandırmışlar.
Daha sonra uşaqlar iştirakçılara və qonaqlara öz regionlarına məxsus milli rəqslər, mahnılar və ənənəvi oyunlar təqdim etmişlər.
Festival iştirakçılara və xarici qonaqlara xoş təəsuratlar bağışladı.

 

189 baxılıb
Paylaş
mersin escort