Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada suriyalı həmkarı Feysəl Miqdadla görüşüb.
xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Qəzza zolağındakı vəziyyəti müzakirə edib və atəşkəsin vacibliyinə diqqət çəkib.
Görüşdə həmçinin regionun digər ölkələrinə, xüsusilə Suriya, Livan və Yəmənə qarşı hərbi qarşıdurmanın genişlənməsinə səbəb olan təcavüzkar və təxribat xarakterli hərəkətlərin yolverilməzliyi vurğulanıb.
















