“Düşmənlərimiz səfərbər olub”.
xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps ölkəsinin hərbi görüşünü açıqlayan çıxışında bildirib.
O xatırladıb ki, 2014-cü ildə Krımın qanunsuz ilhaqından səkkiz il sonra Putin Ukraynaya qarşı qəddar işğalçı müharibəsinə başlayıb.
“Rusiya Ukraynada qanunsuz kampaniyasını davam etdirərkən, Çin Qərbin səbrinin tükənib-düşməyəcəyini yoxlayır. Bu gün Rusiya və Çin yeni nüvə imkanları əldə ediblər. Şimali Koreya isə öz nüvə arsenalını genişləndirəcəyini vəd edir. Bundan başqa 83.7 faiz zənginləşdirilmiş urana sahib olan İran var ki, bu da mülki məqsədlərə xidmət etməyən bir səviyyə deməkdir. Hələ Soyuq müharibə günlərində rasional aktyorlarla qarşı-qarşıya olduğumuz hissi var idi, lakin bu yeni güclər daha qeyri-sabit və irrasionaldır. Qarşılıqlı Təminatlı Məhv Strategiyasından İran İnqilabı Keşikçiləri Korpusu və ya Şimali Koreyaya qarşı istifadə olunacağı zaman eyni ilə keçmişdə olduğu kimi müharibələri dayandıra biləcəyini gözləmək olarmı? Qorxuram ki, yox, biz bunu bacarmayacağıq”, – Qrant Şapps bildirib.
Britaniyanın müdafiə naziri vurğulayıb ki, indi xüsusilə də narahatlıq doğuran məsələ onların düşmənlərinin bir-birinə daha yaxın olmasıdır.
“Məsələn, biz İranın proksilərinin İsraildən Qırmızı dənizə qədər necə fəsadlar törətdiyini gördük. Rusiya Çinlə tərəfdaşlığını “limitsiz tərəfdaşlıq” adlandırır və onlar müntəzəm birgə təlimlər keçirirlər. Eyni zamanda Putin Ukraynadakı qeyri-qanuni bombardmanlarını gücləndirmək üçün İranın pilotsuz uçuş aparatlarına və Şimali Koreyanın ballistik raketlərinə arxalanır. Belə dostlar varkən dünya daha da təhlükəli hala gəlir və son illər bu baş verməkdədir”, – Britaniyanın müdafiə naziri çıxışında deyib.
















