Ukraynanın “taxıl dəhlizi”nin fəaliyyəti özünün müharibəyəqədərki gücünə çatıb. Bu dəhliz ilə artıq 500 gəmi keçib və 10 milyon tondan çox yük daşınıb.
xəbər verir ki, bu barədə Ukrayna silahlı qüvvələrinin hərbi-dəniz qüvvələrinin nümayəndəsi Dmitri Pletençuk telemarafonun efirində bildirib.
Onun sözlərinə görə, “taxıl sazişi” Ukrayna dəhlizinə alternativdir deməyə ehtiyac yoxdur, axı yüklərin miqdarı özü-özündən xəbər verir.
Ötən il iyulun ortalarında Rusiya Qara dəniz vasitəsilə Ukrayna taxılını ixrac etməyə imkan verən “taxıl sazişi”ndən çıxıb. Bundan sonra Ukrayna Rusiya tərəfinin iştirakı bərpa olunmadan ixraca yenidən başlamaq barədə qərar verib. Rusiya “taxıl sazişi”nin işinə hər cür mane olmağa çalışır, o cümlədən limanlara və infrastruktura zərbələr endirir.